//Cenni bir daha sübüt etdi ki, paltar onu bəzəmir o, paltarı bəzəyir

Cenni bir daha sübüt etdi ki, paltar onu bəzəmir o, paltarı bəzəyir

 

Son vaxtlar BlackPink qızlarının geyim brendləri ən çox danışılan və müzakirə olunan mövzulardan biridir. Xüsusəndə qrupun üzvü Cenninin geyimləri həmişə gündəmdə olub. Belə ki, sevimli müğənni daim dizayner paltarlarına üstünlük verir. Təsadüfi deyil ki, onun haqqında “O, sanki Chanel brendinin insan formasındakı şəklidir” kimi ifadələr daim səslənir. O, həmişə Chanel, Gucci kimi bahalı brendlərin geyimləri ilə hamının diqqət mərkəzində olub. Buna baxmayaraq Cenni brend olmayan bir neçə markanın geyimlərini geyinərək hamıya sübüt edib ki, onun hansı brenddən geyindiyi önəmli deyil. Çunki o, istənilən markada yenə yüksək səviyyədə görsənəcək. Onun sözlərinin həqiqiliyinə inanmaq üçün bir neçə nümunəni sizin diqqətinizə çatdırırıq. Yaponyanın Abema TV kanalının qonağı olan Cenni, yayımlanan verlişlərin birinə qara paltarda gəlib. Müğənin üstündəki geyim o qədər gözəl görsənib ki, hamı paltarın hansı markadan olduğu haqqında maraqlanıb. Məlum olub ki, hamının məşhur brenddən fərz etdiyi həmin libas əslində qeyri məşhur “CHLO.D.MANON” adlı markanın 30 dollarlıq libasıdır.

Bu bircə nümünə deyil. Buna bənzər bir neçə nümunəni sizə təqdim edirik. Sprite içkisinin reklam çəkilişlərinə qısa, yaşıl rəngli köynək geyinən Cennin həmin köynəyi “Forever 21” adlı markanın 21 dollarlıq sadə geyimidir.

 

Bu bir daha sübüt edir ki, geyim Cenni bəzəmir, Cenni geyimi bəzəyir.

Aşağıdakı nümünülərə gəlin birlikdə baxaq.

TAGS: