Ərzaqlar:
170 qram Şirin kartof Nişastalı əriştə (Dangmyeon)
150 qram Mal əti bişmiş, dilimlənmiş
2 Diş Sarımsaq, incə doğranmış
1 ədəd Soğan (balaca), Dilimlənmiş
1 ədəd kök , qabıqları soyulmuş, nazik zolaqlara kəsilmişdir
1 ədəd sarı Bibər, dilim formasında doğranmış
100 qram göbələk, doğranmış
100 qram İspanaq , Doğranmış
1 xörək qaşığı ağ küncüd, qovrulmuş
2 xörək qaşığı küncüd yağı
Sous üçün:
1 çay stəkan Soya Sousu
2 xörək qaşığı qəhvəyi şəkər tozu
1 xörək qaşığı Mirin
1 Çay stəkanı Su
Hazırlama qaydası:
Dərin bir qabda şirin kartof nişastalı əriştəni qoyubüzərində isti su tökün. yumuşalmağı üçün 20-30 dəqiqə suda saxlayın. Daha sonra suyun süzün və məxtbəx qayçısı ilə 2 yerə bölün.
Soya sosunu, mirin və qəhvəyi şəkəri sousu hazırlamaq üçün bir qabda qarışdırın. Hazırlanmış qarışıqdan 2 qaşıq götürüb incə dilimlənmiş ətlərin üstünə töküb qarışdırın. Sonra qalan sousu qarışığına 1 fincan su əlavə edin və hazırlanan sousu kənarda saxlayın.
1 xörək qaşığı küncüd yağını orta temperaturda tavada qızdırın.Daha sonra İncə doğranmış sarımsağı tavaya əlavə edin və aroması çıxana qədər təxminən 1 dəqiqə qızardın.Daha sonra ətləri əlavə edib 2 dəqiqə qızardıqdan sonra qaba tökün.
Sonra qalan yağı tavaya əlavə əlavə edin. Dilimlənmiş soğanlarla birlikdə kökü əlavə edib 2 dəqiqə qızardın, sonra göbələkləri və sarı bibərləri əlavə edin və bütün ərzaqları 3 dəqiqə qızardın.
Səra ilə s uyu süzülmüş əriştəni, doğranmış ispanağı və hazırladığınız soslu qarışığı əlavə edin. Sonra yüksək temperaturda arada qarışdıraraq bütün sousun suyu çəkilənə qədər bişirin (təxminən 3 dəqiqə) və nəhayət qovurulmuş küncüdü və pişirlən ətlə birlikdə əlavə edinvə yaxşıca qrışdırın.
Qeyd. ərzaqlardan mirini tapa bilməsəniz əlavə etməyə bilərsiz. Küncüd yağı əvəzinə başqa duru yağ da əlavə etsəz olar.