//Canq Nara(Jang Nara) və İ Sanq Yun(Lee Sang Yoon)-a “VIP” serialından təklif gəldi

Canq Nara(Jang Nara) və İ Sanq Yun(Lee Sang Yoon)-a “VIP” serialından təklif gəldi

Canq Nara və İ Sanq Yun yeni bir serialda başrol  canlandıra bilərlər.

18 fevralda müxtəlif xəbər saytlarında Canq Naranın yaxında SBS ekranlarında yayımlanacaq olan  “VIP” serialında rol alacağı xəbəri yayıldı.

Aktrisanın şirkəti cavab olaraq : “ Canq Naranın yeni SBS serialı VIPdən təklif aldığı doğrudur. Hal-hazırda aktrisa təklifi dəyərləndirir.” -deyə bildirdi.

“VIP” bir ofisdə işləyən qadınların çətinlikləri ilə qarşı-qarşıya qalarkən təkrar ayağa qalxıb güclənməsindən və sirlərindən bəhs edir.

İ Sanq Yun(Lee Sang Yoon) daha öncədən serial ilə bağlı təklif almışdı. Əgər təklifi qəbul edərsə Pak Sonq Cun rolunu canlandıracaq. Pak Sonq Cun ağıllı və parlaq bir xarakterə sahibdir. Ancaq heç kəsin bilmədiyi bir sirri vardır və bu sirri hərkəsdən gizləməyə çalışır.

VIP”nin avqust ayında yayımlanacağı gözlənilir.

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və BIGBANG pərəstişkarıyam.Hal-hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova