//Canq Ki Yonq və İ Da Henin “www” serialında rol oynayacaqları dəqiqləşdi

Canq Ki Yonq və İ Da Henin “www” serialında rol oynayacaqları dəqiqləşdi

Canq Ki Yonq və İ Da He, tvN-nin “www” adlı yeni serialının əsas heyətində yer alacaqlar.

Fevralın 26-sı, Lim Su Cunqunda “www” serialında rol oynayacağı təsdiqləndi.

Dram, romantika növündəki serial, cinsi ayrı-seçkilik ilə mübarizə edərək uğurlu bir iş həyatına sahib olmağa çalışan və buna görə də bir həyat yoldaşı və ya bir ana olmaqdan imtina edən qadınların ətrafında baş verir.

Canq Ki Yonq serialda kişi baş rol xarakteri olan Park Mo Qunu canlandıracaq. 20 yaşında olan Park Mo Qun, istedadlı bir bəstəkardır. Video oyunları üçün musiqi bəstələyən bir şirkətin CEO-sudur və eyni zamanda özü də video oyunları üçün musiqi bəstələyir. Bir gün, Be Ta Mi (Lim Su Cunq) ilə tanış olur və onun rəqabətçi ruhundan təsirlənərək ona aşiq olur.

İ Da He, serialda Ça Hyun obrazını canlandıracaq. Be Ta Minin işlədiyi şirkətin rəqibi olan şirkətdə idarəçilik edir. Tez əsəbiləşən xarakteri vardır və  cüdo idmançısıdır. Çılğın hekayələri olan serialları izləməkdən xoşu gəlir. Köhnə sevgilisi onu aldatdığı üçün heç vaxt uzun müddətli bir əlaqə yaşamayıb.

Serialın rejissor kreslosunda “Mr. Sunshine” serialının köməkçi rejissoru Jung Ci Hyun oturur. Serialın ssenaristliyini məşhur ssenari müəllifi Kim In-Sukun köməkçi ssenaristi, Kvon In Sol edir.

Serialın ilk bölümü, bu ilin ilk yarısında yayımlanması planlaşdırılır.

TAGS:

Behbudzadə Aydan

Mən Behbudzadə Aydan 3 ildən artıqdır ki, koreyasevərlərdənəm, bir çox tədbirlərdə könüllü kimi iştirak eləmişəm. Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Behbudzadə Aydan