//Canq Hyuk “My Country” serialının heyətinə qoşulub

Canq Hyuk “My Country” serialının heyətinə qoşulub

Canq Hyuk, baş rollarını Yanq Se Conq, Vu Do Hvan və “AOA” qrupundan Sol Hyunun bölüşdüyü, JTBC-nin “My Country” adlı yeni serialında rol oynayacaq.

21 fevralda, Canq Hyukun agentliyi, Sidus HQ Entertainment, aktyorun sözügedən serialda rol oynayacağını təsdiqlədi.

Serial, Qoryo xanədanlığının sonu ilə Coson xanədanlığının başlanğıc dövründə, sevdiklərini qorumağa çalışan üç nəfərdən bəhs edir.

Cang Hyuk serialada şahzadə Li Banq Von obrazını canlandıracaq. Atasına Qoryo xanədanlığını devirib, Coson xanədanlığını qurmasına və taxta çıxmasına kömək edir. Ancaq Coson xanədanlığının qurulmasında böyük köməyi olmasına baxmayaraq, vəliəhd şahzadə kimi seçilmir. Atası, Banq Von ögey qardaşını vəliəhd şahzadə elan edir. Banq Von taxtdan əl çəkmir və bunun üçün böyük bir mübarizəyə başlayır.

Serialın rejissor kreslosunda “Just Between Lovers”, “The Package”, ” Wonderful Days” və “Nice Guy” (“The Innocent Man”) seriallarını ekranlaşdırmış Kim Cin Von oturur. Serialın ssenaristliyini “Inspiring Generation” və “Master: God of Noodles” seriallarını qələmə alan Çe Sınq De edir.

Serial, 2019-cu ilin ikinci yarısında yayımlanması planlaşdırılır.

Behbudzadə Aydan

Mən Behbudzadə Aydan 3 ildən artıqdır ki, koreyasevərlərdənəm, bir çox tədbirlərdə könüllü kimi iştirak eləmişəm. Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Behbudzadə Aydan