21 fevralda Sidus HQ Entertainment tərəfindən Canq Hyokun JTBCnin yeni tarixi serialı “My Country”də oynayacağı təsdiq olundu.
Serial Qoryo xanədanlığının sonu ilə Coson xanədanlığının başlanğıcı ərəfəsində baş verən hadisələrdən bəhs edir. Yanq Se Conq(Yang Se Jong), Vu Do Hvan(Woo Do Hwan) və Solhyon(Seolhyun) serialda oynayacaqları təsdiqlənmişdi.
Canq Hyok , atasının Coson xanədanlığını qurması üçün Qoryo xanədanını yıxmağa kömək edən prens İ Banq Von(Lee Bang Won) obrazını canlandıracaq.
Canq Hyok serialda rol almaqla bağlı qərarı üçün : “Serialın ssenarisi məni valeh etdi. Mövzusu çox fərqlidir. 2015-ci ildə “The Age of Innocence” filmindən sonra ikinci dəfə İ Banq Von obrazını canlandıracam. Bu səfər əsas obraza qarşı çıxan obrazın fərqli bir tərəfini canlandırmaq istəyirəm.” -dedi.
“My Country” 2019-cu ilin ikinci yarısında yayımlanacaq.
- Lee Jun Ki Çinin ‘WAVES 漫 潮’ jurnalında - 04 Yanvar 2021
- “Mianhae Jung In Ah” – ürək ağrıdan etiraza məşhurlar da qatıldı - 03 Yanvar 2021
- Seungri birbaşa hərbi məhkəmədə şahidlə üz-üzə gəldi - 09 Dekabr 2020