//Ça Sınq Von(Cha Seung Won), Kim Sonq Kyon(Kim Sung Kyun) və İ Kvanq Su (Lee Kwang Soo) eyni filmdə oynayacaq

Ça Sınq Von(Cha Seung Won), Kim Sonq Kyon(Kim Sung Kyun) və İ Kvanq Su (Lee Kwang Soo) eyni filmdə oynayacaq

Yaxınlaşmaqda olan “Sinkhole” filminin ulduzlarla dolu aktyor heyəti açıqlandı.

”Sinkhole” 11 il sonra nəhayət ki, bir ev satın almış , lakin təbii fəlakət nəticəsində 1 dəqiqə içində evi çuxura düşən adamın hekayəsindən bəhs edən komedya filmidir.

Ça Sınq Von(Cha Seung Won) oğlunu böyütmək üçün çoxlu sayıda yarım-ştat işlə məşğul olan subay ata Conq Man Su obrazını canlandıracaq. Kim Sonq Kyon(Kim Sung Kyun) 11 il sonra ev alan, lakin evi çuxura düşən şanssız Park Donq Vonu canlandıracaq.

İ Kvanq Su(Lee Kwang Soo) ofis işcisi Park Donq Von ilə çuxura düşən Kim Sınq Hyon obrazını oynayacaq.

Filmin çəkilişlərinə avqust ayında başlanılacaq.

 

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və BIGBANG pərəstişkarıyam.Hal-hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova