//Ça In U(Cha Eun Woo) və Şin Se Kyonq(Shin Se Kyung)-un serialı ilə bağlı şəkillər və detallar açıqlandı

Ça In U(Cha Eun Woo) və Şin Se Kyonq(Shin Se Kyung)-un serialı ilə bağlı şəkillər və detallar açıqlandı

MBC-nin “Rookie Historian Goo Hae Ryung” adlı çərşənbə-cümə axşamları yayımlanan serialı tamaşaçı reytinqində ilk yerlərini qeyd etmək üçün yeni arxa plan şəkilləri yayımladı.

“Rookie Historian Goo Hae Ryung” Qu He Ryonq adlı istedadlı saray tarixçisi (Şin Se Kyonq) və İ Rim adlı tənha şahzadə (ASTRO-dan Ça In U) arasında çiçək açan romantikadan bəhs edir. Son epizodlarda İ Rim və Qu He Ryonq, çöp xəstəliyinə qarşı tədbirlər görmək üçün Pyonqan əyalətinə yola düşürlər.

“Rookie Historian Goo Hae Ryung”-un 14 və 16-cı bölümləri 20 ilə 49 yaş arasındakı tamaşaçı reytinqlərində müvafiq olaraq yüzdə 7 və 6,5 nisbətində nəticə göstərərək, avqust ayının ilk həftəsindəki 1 nömrəli serial ünvanını qazanıb.

Süjet, İ Rima həddindən artıq sevgi göstərən vəliəhd şahzadə İ Cin (Park Ki Woong),  Qu He Ryonqun görkəmli tarixçi olmağına kömək edən tarixçi Min U Von (Lee Ji Hoon) və atasının korrupsiyasını dayandırmaq üçün işləyən Sonq Sa Hi (Park Ji Hyun) kimi personajlarla serialı daha da maraqlı edib.

Fasilələrdə Şin Se Kyonq və Ça In U canlandırıcı təbəssümləri ilə serial heyətini canlandırdılar. Pərdə arxasında yeni şəkillərdə Şin Se Kyonqun gənc aktyorlara qayğı göstərməsini və Ça In U-nun aktyorluğunu izlədiyini, eyni zamanda Park Ki Woong və Sonq Ci Ru ilə dostluğunu nümayiş etdirilir.

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və BIGBANG pərəstişkarıyam.Hal-hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova