//Cənubi Koreyanın birinci xanımı Kim Cunq Suk (Kim Jung-sook) BTS-dən sitat gətirdi

Cənubi Koreyanın birinci xanımı Kim Cunq Suk (Kim Jung-sook) BTS-dən sitat gətirdi

 

Aprel ayının 11-də Cənubi Koreyanin birinci xanım Kim Cunq Suk (Kim Jung-sook) Amerikanın paytaxtı, Vaşinqton şəhərində yerləşən “Key Elementary School”-u ziyarət edib. O, “Koreya Mədəniyyət Təhsil Proqramı” tərəfindən təqdim edilən müxtəlif tədbirlərdə iştirak edib. Amerikanlı tələbələrlə təşkil olunan sual-cavab vaxtı, tələbələrdən biri ona “Sizin sevdiyiniz qrup hansıdır?” sualını verib. Birinci xanım BTS deyərək sualı cavablandırıb. O, qeyd edib ki, keçən il qrupla yaxından görüşüb. Bununla yanaşı birinci xanım hətta onlardan sitatda gətirərək belə deyib “BTS deyir ki, ola bilər ki, mən dünən çox səhv etmişəm, amma dünən ki, MƏN yenedə bugünkü məndir. Bu gün mən bütün çatışmamazlıqlarıma baxmayaraq yenə mənəm. Mən sabah daha artıq müdrik ola bilərəm. O, da yenə MƏN olcağam. Özümü sevirəm. Bu sözləri sizinlə bölüşmək istədim”.  Qeyd edək ki, bu sozlər BTS qrupunun üzvü RM tərəfindən deyilən sözlərdir.