Cənubi Koreyanın Decon(Daejeon) şəhərində sursat fabrikində meydana gələn partlayışda 3 nəfər dünyasını dəyişib.
Yonhap agentliyinin verdiyi məlumata görə xilasetmə briqadası, ölkənin öndə gedən şirkəti tərəfindən işlədilən sursat fabrikində baş verən partlayışın ardından yanğın hadisəsi baş verdiyini və 3 nəfərin öldüyü bildirilir.
Səlahiyyətli şəxslər, roket yanacağı düzəltmək üçün istifadə olunan bəzi kimyəvi maddələrin yanğının çıxmasına yol açdığını bildirib.
Ətrafdakı şahidlər güclü partlayış səsinin ardınca qara dumanların yüksəldiyini bildirir.
Hadisə yerinə 40-dan çox yanğınsöndürmə maşınının cəlb edilərək, 1 saat içində yanğını ələ almaq mümkün olub.
Partlayışın səbəbi ilə bağlı axtarışlara başlanılıb.
Latest posts by Elmina Səfərova (see all)
- Guiness Dünya Rekordları ROSÉnin iki dünya rekordu qırdığını açıqladı - 09 Aprel 2021
- f(x)dən Victoria SM Entertainment ilə yollarını ayırdı - 09 Aprel 2021
- EXO qrupu yeni albomu ilə geri dönüş edəcək - 09 Aprel 2021