//Cənubi Koreyada sevgili münasibətləri

Cənubi Koreyada sevgili münasibətləri

 

Hər bir millətin özünə məxsus ünsiyyət qurmaq, sevgili olmaq, ailə qurmaq və s. kimi bir-biri ilə münasibət yaratmaq qayda, qanunları var. Bu gün ki, məqaləmizdə sizinlə cənubi Koreyada gənclərin, yeniyetmələrin, daha böyük yaşda olan qız və oğlanların münasibət qurmaq, sevgili olma şəkillər haqqında yazacağıq. Ümüdvaram ki, sizin üçün bu məqalə həm maraqlı, həm də faydalı olacaq.

1-ci Necə tanış olurlar? Adətən harada tanış olurlar?

Koreyada adətən qrup şəklində görüşlər təşkil olunur. Bu görüşlər adətən 3:3 və ya 5:5 olur. Belə görüşləri “mitinq” adlandırırlar. Belə tanış olma qaydası ən çox universitet tələbələri arasında məşhurdu. Belə görüşləri təşkil edən xüsusi insanlar olur və ya seçilir. Adətən həmin adamlar istirahət otaqlarına gəlib tanış olmaq istəyənlərin olub olmadığı haqqında maraqlanır. Bu mövzu haqqında dialoqlar adətən bu formada olur “Gəlin 3 nəfər mühəndislik fakultəsindən, 3 qızda tarix fakultəsindən görüşək” . Görüş təşkil olunduqdan sonra görüş yeri seçilir. Görüş yerləri çox vaxt hansısa balaca restoran və ya klub olur. Görüşdə cütlüklər kim kimi bəyənir, seçdikdən sonra qərar verilir. Daha sonra cütlüklər birlikdə söhbət edir, oyunlar oynayır, alkoqollu içkilər içib əylənirlər. Görüşdən sonra bir-biri ilə ünsiyyəti davam etdirib, etdirməyəcəklərini qərar vermək üçün ayrılan bu vaxt ərzində onlar bir-birini tanımağa çalışırlar. Əlbəətdə ayrılan vaxt bir-birini yaxşı tanımağa və dəqiq qərar verə bilməyə çox qısa olur, amma bəzən elə bircə görüş gələcək həyat yoldaşını seçməyə kifayət olur. Bu görüşdə onlar bir-birinə telefon nömrələrini verir və yaxından tanış olmağa çalışırlar. Universitet tələbələrindən yaşca böyük olan oğlan, qızlar təklidə görüşlər. Onlar ikilikdə, alkoqolsuz yerlərdə, oyunlar oynamadan, sakit ab-havalı məkanlarda görüşürlər. Görüşü təşkil edənlər adətən cütlüklərin yaxın dostları, iş yoldaşları, ümumi tanışları və yaxud qohumları olur. Növbəti dəfə görüşüb görüşməyəcəklərini növbəti 3 görüşdə qərar verirlər.

Koreyada bu cür görüş formalarının olma səbəbi belə izah olunur. Onlar özlərini dərk edən kimi valideynlər “sən yaxşı oxumalısan, yaxşı universitetə qəbul olmalısan, yaxşı iş tapmalısan” kimi fikirlər aşılanır. Ömrü boyu valideynlərinin dediklərini etdikləri üçün şəxsi həyatda sevgili ola bilməyən gənclər, məcbur olub kimlərinsə köməyindən, vasitəçiliyindən istifadə etməyə çalışırlar. Hətta Koreyada sırf qızların və ya sırf oğlanların getdiyi orta məktəblər var. Belə məktəbləri bitirənlər daha utancaq olur. Əks cinsin nümayəndələri ilə tanış olmaqdan, sevgili olmaqdan daha çox çəkinir.  Bu səbəblərdən onlara 3-cü şəxsin köməyi mütləq lazım olur.

2-ci Xarici görünüş.

Koreyada boyca qızdan balaca cütlük görmək nadir hallarda olar. Oğlanlar üçün ən qəşəng, ideal qız ondan kök olmayanlar, qızlar üçün isə ondan boyca balaca olmayanlardır. Əlbətdə koreyalılar üçün xarici görkəm ən önəmli faktorlardan biridir. Koreyada bütün insanlar bir-birinə diqqət ayırır, onun xaric görünüşünə fikir verir, danışığına, geyim tərzinə, hər şeyə diqqət ayırırlar. Bəlkə də, koreyalılar bir-birilərinə qarşı diqqətli olduqlarından, hər şeyə fikir verdiklərlərindən hər bir cütlük öz sevgilisini diqqətlə seçir. (Unutmaq olmaz ki, istisnalar həmişə hər yerdə olur)

 

3-cü Görüşdə yemək pulunu kim ödəyir? Kim ödəməlidir? 

Koreyada cütlüklər yemək pulunu və ya ümumiyyətlə görüş xərclərini adətən iki yerə bölürlər. Yəni hər ikisi yaranan xərci ödəyir. Amma ilk görüş istisna olmaqla. Belə ki, sırf ilk görüşdə oğlan bütün xərcləri öz üzərinə götürür və ödəyir. Əks təqdirdə elə ilk görüşdən simic görsənə bilər və ilk təəsüratı korlayaraq, növbəti görüşlərin olmamasına zəmin yarada bilər. Amma sonrakı görüşlərdə cütlüklər getdikləri kafe və restoranlarda xərcləri ikiyə bölür və ödəyirlər. Bəzən yemək pulunu biri, yeməkdən sonra çay və ya kofe pulunu o, biri ödəyir. Beləliklə hər ikisi eyni dərəcədə xərcə düşmüş sayılır.

 

 

4-cü Cütlük olmağımızın neçənci günüdür?

Əgər siz Koreyalı bir ilə görüşür və ya danışırsınızsa sevgili olub olmadığınız mütləq soruşun, dəqiqləşdirin. Bəzən elə olur ki, oğlan qızla görüşür, vaxt keçirdir, heç bir məsuliyyət daşımadan özü üçün yaşayır. Koreyalı qızlar sevgili olub olmadığılarını mütləq dəqiqləşdirməlidir. Ona görə ki, bu məsuliyyəti hər iki tərəfin laiqincə daşıya bilməsi üçün çox önəmli nüansdır. Fikirlərini, hisslərini dəqiq demək. Qarşındakına yalan ümid verməkdən qaçmaq məqsədi ilə. Hər iki tərəf öz hislərinə əmin olduqdan, sevgili olduqları dəqiqləşdirildikdən sonra cütlüklər neçə gün sevgili olduqlarını qeyd etməyi sevirlər. İlk gün “bu gün bizim ilk günümüzdür” deyə başlanır və saymağa davam edilir. Artıq rəsmi günlər sayılmağa başlayıbsa demək yuvarlaq günlər qeyd olunmağa başlanılır. 1000cü günümüz, 200-cü günümüz,1-ci ilimiz, 2-ci ilimiz və bu rəqəmlər çoxalır. Və günlərin nəzərə alınması ona görə önəmlidir ki, həmin günlər qeyd olunur. Cütlükdən biri bu günü unudarsa, əks tərəf bundan küsə, inciyə, günlərcə danışmaya bilər. Belə günlərdə cütlüklrə restorana gedir, səyahət edir, birlikdə 1 və ya 2 gün vaxt keçirdirlər (gecə və gündüz). Bir-birilərinə hədiyyə alır və təbrik edirlər. Daha sonra hər ikisi öz şəxsi sosial şəbəkə səhfəsində həmin günün şəkillərini paylaşır ve sevinicini hamı ilə bölüşür.

 

 

Bu günlük məqaləmiz bu qədər olsun. Əgər məqaləmiz sizin üçün maraqlı oldusa bizə fikirləriniz yazmağa davam edin.Məqaləmizi bəyəndizsə, növbəti yazılarımızda cüt geyinmək, görüş yerləri olaraq haranı seçirlər, dostlar və yaxınlar ilə sevgililərin tanış olma mərasımi və s haqqında yazılara yer ayıracağam. Əziz oxucular koreyalıların sevgili olma qaydaları ilə bizimkilər arasında hansı oxşarlıq və fərqlilik gördünüz?, onların hansı adətlərinin bizdə olmasını və ümumiyyətlə olmamasını istərdiniz? fikirlərinizi bizimlə bölüşün, Bu bizim üçün önəmlidir.