//Cənubi Koreyada nəqliyyat vasitələri

Cənubi Koreyada nəqliyyat vasitələri

Hər keçən gün daha da inkişaf edən Cənubi Koreya, mövzu nəqliyyat olduqda da ən yaxşısını etməyə çalışır. Nəqliyyatın olduqca inkişaf etdiyi ölkədə 6 nəqliyyat vasitəsi mövcuddur: avtobus, metro, taksi, avtomobil, qatar və təyyarə.

Avtobus

Ölkədə iki cür avtobus fəaliyyət göstərir. Şəhərdaxili avtobuslarşəhər kənarı avtobuslar. Şəhər kənarı avtobuslar bizdəki rayon və yaxud başqa şəhərlərə getmək üçün istifadə edilən avtobuslardır. Şəhər kənarı avtobuslar da 2 cürdür: 100km-ə qədər məsafə qət edən avtobuslar şəhərlər arası, 100km-dən artıq məsafə qət edən avtobuslar isə ekspres avtobuslardır. Bu avtobuslara minmədən öncə qabaqcadan bilet alınmalıdır.

Şəhərdaxili avtobuslar.

 İlban Avtobusları, bəzən şəhər avtobusları da adlandırılır və şəhər işərisində tez-tez görünən avtobuslardır. Seulda kodlarına və rənglərinə görə 4 növ avtobus var; mavi, yaşıl, qırmızı və sarı. Kodlar isə avtobusun ilk və son dayanacağını göstərir.

Mavi Avtobus (간선버스 ~ bluse bus).

Mavi rəng olan avtobus 간선버스 [kansonbosı] ~ əsas avtobus adlanır və şəhərətrafı sahələri Seul şəhərinə birləşdirir. Üç növ mavi avtobus mövcuddur: bendable (büküləbilən) avtobus, aşağı platforma malik CNG (sıxılmış təbii qaz) avtobusu və müntəzəm CNG avtobusu. Bu avtobuslar qismən Seul şəhəri tərəfindən idarə olunur və digər avtobus növlərindən daha yüksək sürətlə və şəhər daxilində daha uzun məsafələrdə səyahət edir. Mavi rəng, Seulun silueti və Hangang (çayı) ilə təhlükəsizlik və azadlığı simvollaşdırır. Avtobusun kodu 3 rəqəmlidir. ilk rəqəm yola düşdüyü dayanacağı, ikinci rəqəm sonuncu dayanacağı və axrıncı rəqəm avtobusa aid individual rəqəmdir.

Yaşıl Avtobus (지선버스 ~Green Bus).

Yaşıl rəngdə olan 지선버스 [cisonbosı]  Seul şəhərindəki əsas metro stansiyaları və ya avtobus terminallarını birləşdirmək üçün xüsusi avtobus şirkətləri tərəfindən çevik şəkildə idarə olunur. Yaşıl Avtobuslar yaşayış yerlərini, metro xəttlərini və avtobus terminallarını birləşdirir və bir rayonda dolaşır. Yaşıl avtobuslar, transfer nöqtələrinə sərnişin daşımaq üçün Seulun içərisində şöbə xətləri üzərində işləyir.Şəhər avtobusu və hazırda fəaliyyət göstərən icma xidmət avtobusu ilə oxşardır. Yaşıl şəhərin ətrafını əhatə edən dağların rəngini simvollaşdırır. Avtobusun kodu 4 rəqəmlidir. ilk rəqəm yola düşdüyü dayanacağı, ikinci rəqəm sonuncu dayanacağı və axrıncı 2 rəqəm avtobusa aid individual rəqəmdir.

Sarı Avtobus ( 순화버스 ~Yellow Bus).

Sarı avtobuslar  순화버스 [sunhvabosı] yəni Sirkulyasiya edən avtobus adlanır, əsas turizm, ticarət və biznes sahələrini birləşdirən Mərkəzi Biznes Bölgəsində (Downtown sahəsi) dolaşır. Sarı Avtobuslat, Seulun mərkəzində, mavi avtobusların dayanacaqlarında və əsas dəmir yolu stansiyalarında, həmçinin biznes, turizm və ticarət sahələrinin dayanacaqlarına və ya yaxınlğına gedir. Sarı rəng, dinamik və səmimi bir görünüş üçün seçilib.Avtobusun kodu 2 rəqəmlidir. ilk rəqəm avtobusun gedib-gədiyi bölgəni, ikinci rəqəm  avtobusa aid individual rəqəmdir.

Qırmızı avtovus ( 광역버스 ~ Red bus).

Qırmızı avtobuslar 광역버스 (kvanqyoqbosı) yəni geniş sahə avtobusları adlanır. Qırmızı avtobus və ya ekspres avtobus, daha az dayanacaqda dayandıqları üçün  geniş sahələrə ən qısa vaxtda getməyi təmin edirlər. Bu avtobuslar ən rahat avtobuslardır və hər bir sərnişinə avtobusda oturmaq üçün oturacaq nəzərdə tutulub. Onların əsas məqsədi sərnişinləri Ilsan, Bundanq, Suji, Suwon, Anyang və Incheon kimi qonşu şəhərlərə asanlıqla və qısa vaxt ərzində aparmağı təmin etməkdir. Qırmızı avtobuslar heç bir nəqiliyyat kartlar ümün endirimlər təklif etmirlər. Avtobusun kodu 4 rəqəmlidir: ilk rəqəm getdiyi (Seula gəldiyi və ya digər şəhərlərə getdiyi) dayanacağı, ikinci rəqəm yola düşdüyü yeri, sonuncu 2 rəqəm avtobusa aid individual rəqəmdir.

Maeul Avtobuslar, daha az sərnişin tutan avtobuslardır, adətən yaşayış məntəqələrinə gedir və daha  qısa marşrutlar təşkil edir. Maeul avtobusları çox kiçik ölçülü olması səbəbiylə yerlərini tapmaq asandır.

Avtovus qiymətləri

Avtobus Daimi gənclər(13 – 18 yaş) uşaqlar(6 – 12 yaş)
Blue·Green bus 1,150 won 1,150 won (T-Money 720 won) 450 won
Maeul bus 850 won 550 won 300 won
Yellow bus 950 won 800 won 350 won
Red bus 1,950 won 1,800 won 1,200 won

Milli ictimai nəqliyyat günü münasibəti ilə ölkədə Tayo the Little Bus adlı məşhur Koreya cizgi filminin obrazları kimi dizayn olunmuş avtobuslar istifadəyə verilmişdir. İstifadəyə verilməsi üçün 4 avtobus planlaşdırılsa da, ölkədəki insanların, əsasəndə uşaqların böyük marağına səbəb olan proyektə 100 avtobus daxil edilib. 1 ay boyunca həmin avtobuslar şəhərin müxtəlif bölgələrində fəaliyyət göstərib.

Metro

Ən çox inkişaf etmiş sistemlərdən biridə metro sistemidir. Mərkəz və əlaqəli şəhər Seul ilə yanaşı başqa şəhərlərə də metro ilə getmək mümkündür. Metro sistemində mərkəzdə 9, digər şəhərlərdə ayrı ayrılıqda 3 və ya 4 dənə metro xətti vardır. Metroya minən zaman kartınızdan 10km məsafə üçün  1150 von vəsait çıxılır. Metrodan çıxarkən kartınızı yenidən terminaldan keçirməlisiniz. Əgər qət etdiyiniz məsafə 10km və yaxud 10 km-dən azdırsa kartdan əlavə vəsait çıxılmır. Yox əgər 10 km-dən artıqdırsa bu zaman kartınızdan əlavə getdiyiniz məsafəyə görə müəyyən bir vəsait çıxılır. Seul metrosu 18 xətt üzrə hərəkət edir. Metro həftə içi seher 05:30-dan gecə 01:00-a kimi, həftə sonları isə 00:00-a qədər fəaliyyət göstərir. Metroda wi-fi və surətli internet mövcuddur. Vaqonlarda anonslar koreya,çin,yapon və ingilis dilində səsli və yazılı monitorlar vasitəsi ilə bildirilir. Metro girişlərində müxtəlif mağaza və obyektlər var. Yerüstü stansiyalarda fast-food satılan yerlərdə mövcuddur.

Cənubi Koreyada gözəlliyi ilə bilinən Noksapyonqyoq (녹사평역) stansiyasında evlənmək də mümkündür. Bir çox cütlük həmin stansiyada toy edərək evlənib.

Vaqonlar xüsusi formalarda bəzədilir.

K-Pop ulduzları albom yayımlayarkən və ya hansısa məşhurun ad günü olarkən vaqonlar həmin məşhurların fanları tərəfindən və yaxud metropoliten tərəfindən bəzədilir.

2011-ci ildə BIGBANG üçün bəzədilmiş vaqon.

EXO qrupunun üzvü Xiuminin ad günü münasibəti ilə bəzədilmiş vaqon.

BTS-dən Jin və V-nin ad günü üçün bəzədilən vaqon.

G-DRAGON ACT III: Motte proyekti.

Metrolarda kitab oxumaq üçün xüsusi kitabxanalarda var.

Vaqonlarda hamilə qadınlar üçün xüsusi oturacaqlar mövcuddur.

Platformaların kənarı şüşə qapılarla əhatə olunmuşdur. Bu intihar və qəzaların qarşısını almaq üçündür. Qatar stansiyaya çatdıqda öncə qatarın qapıları, daha sonra isə şüşə qapılar açılır.

Bəzi stansiyalarda insanların darixmamağı və gənclərdə şeirə olan marağın artması üçün qapılarda şeirlər yazılır.

taksi

Ölkədə taksilər 3 növdür.

Standart taksi – (Ilban/일반 택시) bu taksilər narıncı rəngdədir və standart ucuz taksilərdir.

Deluks taksi – (mobeom/모범택시) bu taksilər qara rəngdədir və ən bahalı taksilər hesab olunur. Taxsinin konfortlu olması ilə yanaşı, bu taksidə işləyən şoferlər 2-3 dil bilir.

Boz rəngli taksilər daha az təcrübəli taksilərdir. Həmçinin Cumbo və Vans adlanan yük taksiləri və 8 nəfərlik taksilərdə mövcuddur.

Şəxsi avtomobillər

Şəxsi avtomobillər daha çox öz istehsal etdikləri Hyundai və Kia kimi markalara məxsus avtomobillərdir. Bizim ölkədən fərqli olaraq siqnal səsinə rast gəlmə ehtimalınız dəfələrlə azdır. Yol hər zaman sürücülərindir. Piyada zolağında belə avtomobil piyadaya deyil, piyada avtomobilə yol verir.

Dəmiryolu

Qatarlar ölkədə təyyarələri saymasaq ən sürətli nəqliyyat vasitəsidir. KTX adlandırılan sürət qatarı da ölkənin ən məşhur şirkətinə məxsusdur. Qatarla səyahət olduqca rahat və əyləncəlidir. Çünki qatarların bəzilərində karaoke otaqları mövcuddur.

Hava yolları

Son olaraq ən sürətli və ən bahalı nəqliyyat vasitəsi təyyarələrdir. Cənubi Koreyada 15 havalimanı fəaliyyət göstərir. Bunlardan ən məşhur və ən çox turist qəbul edəni Gimpoİnçon hava limanıdır.

Ölkədə havalimanı modası deyə yayılmış bir dəb var. Məşhurlar və varlı təbəqə havalimanına ən gözəl və bahalı paltarlarını geyərək gələrlər.

T-Money və Seul şəhər kartı

Bu kartlar ictimai nəqliyyat vasitələrindən istifadə etmək üçün ən rahat vasitələrdir.

T-Money kartları  avtobuslarda, metroda, qatarlarda və taksilərdə istifadə olunur. Həmçinin kart vasitəsi ilə parkinq ödəmələri və muzeylərə giriş də mümkündür. Üzərində T-Money yazılı olan marketlərdən bu kartla alış-veriş etməkdə mümkündür.

Seul şəhər kartları vasitəsi ilə şəhərdə təşkil olunan avtobus turlarında pulsuz iştirak edə bilməklə yanaşı, avtobuslar və metrolara gün ərzində 20 dəfə pulsuz minə bilərsiniz. Bu kartı Seul turizm mərkəzlərindən əldə etmək mümkündür. Bu kartlar şəhər kartları adlandırıldığı və turistlərin istifadə etdikləri kartlar olduğu üçün müxtəlif K-Pop qruplarının şəkili ilə dizayn oluna bilər.

Kartlardan istifadə etdikdən sonra yenidən satmaq və pul almaq mümkündür. Həmçinin, metro və ya avtobusdan kartı keçirdikdən sonra 30 dəqiqə ərzində yenidən keçirə bilərsiniz. Bu zaman keçid ödənişsiz olur.

                                                (Red Velvet, NCT, Super Junior Yesung)

Yol hərəkəti qaydaları

Cənubi Koreyada bizdən fərqli bir çox yol hərəkəti qaydaları var. Koreyada yol hər zaman sürücülərindir.

Telefonları əlindən salmayan və yol gedərkən belə telefonla məşğul olan insanlar üçün, ölkədə fərqli hərəkət nişanları vardır. Nişanlar telefonun səbəb olduğu qəzaların ən çox olduğu 5 nöqtəyə : Honqde, Bələdiyyə binası , Yonsei Üniversiteti, Qanqnam və Camşil bölgələrinə yerləşdirilib.

Sol tərəfdəki şəkil qarşıdan qarşıya keçərkən diqqətli olmağı, sağ tərəfdəki şəkil isə səkidə yeriyən insanları diqqətli olmasını bildirir.

Yol hərəkəti qaydalarını pozan sürücülərin balı 40-ı keçərsə, sürücülük vəsiqələri 40 gün müddətində əllərindən alınır. Həmçinin, 6 saatlıq “yol hərəkəti qaydaları” dərsi keçilir.

Sürücülər ötmə əməliyyatı, sürət, xətti keçmə, U dönüşü və təhlükəsizlik məsafəsini keçmə kimi qaydaları üst-üstə pozduqda 4 min 200 dollar və ya 1 illik həbs cəzası verilir.

Sərxoş halda avtomobil idarə edən sürücülər üçün 2ilə qədər həbs cəzası və ya 3 milyon von pul cəzası tətbiq olunur.

Yaşıl Analar Dərnəyinin könüllü üzvləri dərsdən çıxış vaxtlarında işıqforların altında əllərində bayraqlarla uşaqların yolu təhlükəsiz keçməyi üçün kömək olurlar.

 

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və BIGBANG pərəstişkarıyam.Hal-hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova