//Cənubi Koreyada hərbi xidmət

Cənubi Koreyada hərbi xidmət

Cənubi Koreyada məcburi hərbi xidmətin müddəti hərbi şöbəyə əsaslanır. Aktiv vəzifəli əsgərlər orduda 21 ay, Dəniz Donanmasında 23 ay, Hava qüvvələrində isə 24 ay xidmət edirlər.

Cənubi Koreyada hərbi xidmətə çağırış 1957-ci ildən bəri mövcuddur və 19 – 30 ( koreya yaşı ilə ) yaş arasındakı kişilərin hərbi xidmətlərini yerinə yetirmələri məcburidir. Qadınlar isə hərbi xidmətə könüllü şəkildə qatıla bilərlər.

Universitet oxuyanlar 1-ci və ya 2-ci kursda oxuyarkən təhsillərinə ara verərək 2 il müddətində hərbi xidmət göstərirlər. Qanuni olaraq əsgərliyə yararlı hesab edilən hər kəs 19-30 yaş arası müddətdə hərbi xidmətə başlaya bilər. Hərbi xidmətin 2 il olmasının səbəbi isə Şimali Koreya ilə mümkün ola biləcək müharibə şəraitidir.

Məşhurlarda daxil olmaqla hər hansı bir koreyalı kişi hərbi xidmətdən yayınarsa həbs cəzası tətbiq olunur. Cənubi Koreyalıların gözündə kişilərin ən vacib məsələsi hərbi xidməti başa vurmasıdır. Azərbaycanda olduğu kimi Koreyada da hərbi xidmətini yerinə yetirən kişilərin artıq tamamilə kişiləşdiyi fikri formalaşmışdır.

Məcburi əsgərlik xidməti özlüyündə 2 yerə ayrılır. Bunlar aktiv xidmət və ictimai xidmətdir.

Aktiv hərbi xidmət dedikdə Silahlı qüvvələrdə (ordu,dəniz,hava qüvvələri) əsgərlik edənlər nəzərdə tutulur.

İctimai hərbi xidmət isə bizim hərbi xidmətdən tamamilə fərqlənir. Bizin ölkəmizdə hərbi xidmətə yararlı olmayan şəxslərə “hərbi xidmətə yararsız” arayışı verilir və həmin şəxslər hərbi xidmət göstərmir. Koreyada isə belə şəxslər ictimai yerlərdə cəmiyyətə xidmət göstərirlər. Məsələn, 2 il boyunca saat 09:00-dan 17:00-a qədər dövlət idarələrində, baxım mərkəzlərində, muzeylərdə, kitabxanalarda və s. yerlərdə vətəndaşlara xidmət göstərirlər.

Hərbi xidmətə başlamadan öncə tibbi müayinə keçirilir. Həmin müayinələr hərbi həkimlər tərəfindən aparılır və 1-dən 5-ə qədər dərəcələndirilir. 5-ci dərəcəli şəxslər hərbi xidmətdən tamamilə azad olunur, 1-3 dərəcəli şəxslər aktiv hərbi xidmət edir, 4-cü dərəcəli şəxslər isə ictimai hərbi xidmət göstərirlər.

2 il öncəyə qədər məşhurlar ictimai hərbi xidmət göstərə bilsə də, hal-hazırda hərbi xidmətə yararlı olan hər kəs aktiv hərbi xidmət etməlidir.

 

 

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və BIGBANG pərəstişkarıyam.Hal-hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova