//Cənubi Koreyada dəfn mərasimi və adət-ənənələri

Cənubi Koreyada dəfn mərasimi və adət-ənənələri

Cənubi Koreyada dəfn mərasimi ölən insanın dinindən və yaşadığı yerin şəhər və yaxud kənd yeri olmasından asılı olaraq dəyişir.  Dəfn mərasimi ümumilikdə 3 gün çəkir və ölümdən dərhal sonra başlayır. İlk 2 gün cəsəd müşahidə olunur və 3-cü gün cəsəd basdırılır və ya yandırılır (kremasiya).

Keçmiş zamanlarda Cənubi Koreyada cəsədlər torpağa basdırılırdı, lakin indi əhali şəhərsalma və ərazi qıtlığına görə cəsədləri yandırmağa üstünlük verirlər. Milli adət-ənənələrinə bağlı insanlar cəsədləri torpağa basdırırlar. Şəhər yerlərində xüsusi cənazə evləri var ki, dəfn mərasimi həmin yerlərdə keçirilir. Bunlardan biri də Seulda yerləşən CANQ RYE ŞİK CANQdır. Buranı bir cənazə oteli kimi də düşünmək olar. Ailələr burada 3 gün müddətində yer və paltar kirayələyə bilər.

Əsasən cənazə rəngi kimi qara rəng götürülsədə, kənd və adət-ənənəyə bağlı insanlar cənazədə ağ rəng geyinirlər. Şəhərlərdə ailə üzvləri yaxasında ağ hissəsi olan qara “Hanbok” geyirlər.

Gəlmədən öncə və ya binanın qeydiyyat bölməsində üzərində çincə yazı olan ağ rəngli zərf alınır və dəfn xərclərinə kömək məqsədi ilə içərisinə pul qoyulur. Pulun məbləği ölən insanla aranızdakı yaxınlığa görə dəyişir. Əgər, bir iş yoldaşınızın və ya uzaq qohumun dəfn mərasimidirsə 50.000 von(won), yox əgər ölən insanla daha yaxınsınızsa, daha artıq miqdarda pul bəs edər.

Cənazənin olduğu otaqda və dəhlizdə iş yeri, şirkət, təşkilatların göndərdikləri böyük gül çələngləri yerləşir. Otağa daxil olmadan öncə ayaqqabılar çıxardılır. Otağın baş hissəsində üzərində qara xətt olan ölən insanın şəkli yerləşir. Otağın sağ tərəfində ailə üzvləri olur və 3 gün mərasim müddətində otaq boş qoyulmur. Gələnlər 1 tütsü yandıraraq və ya ağ gül qoyaraq ölünü 90 dərəcəlik zəminə əyilərək salamlayır və sağ tərəfə çevrilərək ailə üzvlərinə başsağlıqlarını verirlər. Cavan və uşaqların dəfn mərasimində əyilmirlər bu böyüklərə olan hörmət mənasında hərəkətdir.

Daha sonra gələnlər yeməkxanada düyü, sup, kimçi yeyib, socu içirlər. Bu ölən insanın ruhunu tək qoymamaq, ailə üzvləri ilə söhbət etmək, gülməyə təşvik etmək üçündür. Daha sonra ailə üzvləri ölünün saçlarını yuyub, çarşafa salırlar. Dəfn mərasimini idarə edən şəxs ölünün şəkli ilə birlikdə ən öndə durur və əsasən bu vəzifəni ailənin kişi fərdi yerinə yetirir.

Cəsəd 2 saat ərzində 750-1150 dərəcədə yandırılır. Qadınların külləri 2750 qr, kişilərin küllərinin çəkisi isə 1887 qr olur. Bəzi insanlar  külləri evin bir yanına səpir, bəziləri isə dənizə və ya çaya axıdırlar. Cənazə bitdikdən sonra neqativ enerjiləri qovmaq məqsədi ilə evin qapısına duz səpilir.

Cənubi Koreyada toy tarixi bilinən, qızılca xəstəliyi tutan və hamilə olan insanlar dəfn mərasimində iştirak etmir.

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və BIGBANG pərəstişkarıyam.Hal-hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova