//Cənubi Koreya prokurorluğu rusiyalı qadının oğlunu öldürən yeniyetmələr üçün maksimum cəza tələb edir

Cənubi Koreya prokurorluğu rusiyalı qadının oğlunu öldürən yeniyetmələr üçün maksimum cəza tələb edir

Orta məktəb şagirdləri rusiyalı qadının 14 yaşlı oğlunu döyməklə öldürülməsində ittiham olunaraq prokurorluğun səsləndirdiyi 10 illik həbs müddətini məhkəməyə qədər azaltmağa çalışırlar.

Keçən ilin noyabrın 13-də İnçonda 14 yaşlı yeniyetməyə hücum edilmişdi. 4 nəfər məktəblidən ibarət bir qrup sinif yoldaşını 1 saat 30 dəqiqə ərzində ələ salıb döymüşdülər. İşgəncələrə tab gətirə bilməyən oğlan «ölmək buna dözməkdən daha yaxşıdır» sözlərilə 15 mərtəbəli binanın damından atlayaraq vəfat etmişdi.

Məktəbli qrupu anası rus, atası isə koreyalı olan 14 yaşlı rus oğlanın ölümünü əvvəlcə onu özünü atmaqdan yayındırmağa çalışdıqlarını bildirərək intihar kimi təqdim etməyə çalışırdılar. Lakin, tezliklə məlum oldu ki, mərhumu döymüşdülər. Daha sonradan isə oğlanı əvvəllər də ələ saldıqları məlum oldu.

Bu hadisə Cənubi Koreyada geniş yayıldı və məktəblərdə bullinq hadisələrinin həlli ilə bağlı yeni danışıqlara gətirdi. Ölkədə yaşayan və uşaqları Koreya məktəbində oxuyan ruslar açıq məktub nəşr edib hakimiyyəti uşaqların müdafiəsinə qalxmağa çağırdı. Həmçinin, prezident administrasiyası saytında da oğlanı intihara vadar edən məktəblilərin məsuliyyətə cəlb olunmasını tələb edən petisiya nəşr olunmuşdu.

İşin istintaqı zamanı prokurorluq günahkarları 10 il həbs cəzasına məhkum etməyi və həddindən artıq qəddarlıqa döyüldüyünə və gəncin ölümü ilə nəticələndiyinə görə Cənubi Koreyanın qanunları daxilində yetkinlik yaşına çatmayanlar üçün mümkün maksimum cəza tələb etdi.

Mayın 14-ü iş üzrə hökm çıxarılacaq. Bu vaxta qədər isə hücüm etmişlərin ailəsi və vəkilləri cəzanı yumşaltmaq üçün mərhumun anası ilə razılığa gəlməyə çalışırlar. Təqsirləndirilənlərdən 2-si  — 16 yaşlı qız və 14 yaşlı oğlan 5 həbs ayı ərzində məhkəməyə əməllərinə görə tövbə edib günahlarını etiraf etdikləri 39 və 6 məktub yazıblar. Daha 2 təqsirləndirilən isə onların da tövbə etdikləri və eyni zamanda oğlanı öldürmədiklərini və hadisənin bu cür bitməyini istəmədiklərini vurğuladıqları 4 və 1 məktub yazmışlar.

Əgər yeniyetmələrin valideynləri mərhumun anası ilə razılığa gələ bilsələr məhkəmə cəzanı yumşaldacaq.

 

 

Mənbə: m.yna.co.kr