//Cənubi Koreya prezidentindən aktrisa Canq Ca Yonun (Jang Ja Yeon) ölümü ilə bağlı sərt açıqlama

Cənubi Koreya prezidentindən aktrisa Canq Ca Yonun (Jang Ja Yeon) ölümü ilə bağlı sərt açıqlama

 

Mart ayının 18-də Cənubi Koreya prezidenti Mun Ce İn mərhum aktrisa Canq Ca Yonun (Jang Ja Yeon) ölümü, Ədliyyə Nazirliyinin keçmiş müavini Kim Haq Iy və gecə klubu olan “Burning Sun” ilə bağlı məlumatlandırılaraq, bu işlərə yenidən baxılmasını və dəqiqliklə araşdırılmasını göstəriş verib.

Prezident Mun Ce İn nitqini bu sözlərlə başladı ” Vətəndaşlarımızın şübhələnməyinə səbəb olan bu işlər ya, həqiqətən ört-basdır edilərək gözlərdən gizlədilib, ya da unudulub. Prezident qeyd edib ki  “Bütün bu hadisələr imtiyazlı təbəqə arasında baş verdiyi üçün şübhəliləri gizlətmək məqsədi ilə prokurorluq və polis bilərəkdən həqiqəti gizlədiblər. Əgər biz imtiyazlı təbəqə arasında olan həqiqəti sübut edə bilmiriksə, biz cəmiyyətə hansı adələtdən  danışa bilrərik”.

Mun Ce İn yüksək rütbəli şəxslərin, şübhəliləri gizlətmək məqsədi ilə öz səlahətlərindən sui-istifadə etmələri haqqında belə deyib ” Hadisələrin keçmişdə olmasına baxmayaraq, biz istintaq orqanlarına inamı bərpa etmək üçün həqiqəti üzə çıxarmalıyıq.  Bu məsələ polisin və prokurorluğun çox həssas və məsuliyyətlə yanaşmalı olduğu missyadır.

“Keçmiş səhvləri düşünmədən, baş verəcək şübhəli mövzularda nüfuzlu şəxslərin təsiri ilə həqiqəti aşkar etməkdə gücsüz qalmaqla,bilərəkdən yetəri qədər araşdırılma aparılmadan həqiqəti aşkar etmədən, cəmiyyətə inamı geri qaytarmaq mümkün deyil”

Prezident Kannamda olan hadisəyədə toxunub. O, gecə klublarının fəaliyyətləri, qeyri-qanuni yollardan istifadə, eləcədə narkotik vasitələrin  yayılmasını, yüksək rütbəli şəxslərlə əlaqələrinin yenidən araşdırılmasını göstəriş verib.