Cənubi Koreya Prezidenti Mun Ce İn (Moon Jaein) Twitter-da BTS-in Hot100 birinciliyini təbrik etdi!
“BTS ilk Hot100 birinciliyini aldı və bunu edən ilk Koreya qrupu olaraq K-pop tarixində yeni bir səhifə açdı. ‘Billboard 200’ albom siyahısında 4 dəfə iştirak etdikdən sonra, artıq hər iki qrafikdə də birinci yeri tutdular. Həqiqətən inanılmaz. Siyahıda ilk mahnı olan Dynamite, COVID-19 ilə mübarizə aparan dünyanın bütün insanlarına ümid və təsəlli vermək üçün yazıldığı üçün bu uğura daha çox məna qatır. Bu uğur COVID-19-un yaratdığı milli böhrandan əziyyət çəkən Koreyalılara böyük bir təsəlli olacaqdır. Sizi ürəkdən təbrik edirəm.”
Latest posts by Aysel Musazade (see all)
- Reper İron vəfat etdi. - 25 Yanvar 2021
- Dispatch ilin ilk cütlüyünü açıqladı - 01 Yanvar 2021
- Maskaların belə yaraşıqlarını gizlədə bilmədiyi məşhurlar. - 13 Dekabr 2020