Koreya Milli Məclisi, idolların hərbi vəziyyəti ilə bağlı bir düzəliş etdi.
Sənətdə fərqlənən və sənətə böyük töhfələr verənlərin hərbi xidmətlərini təxirə sala biləcəyi bildirildi. Hökumət, fərqlənmə nişanı alan sənətçilərin hərbi xidmətini təxirə salmasına icazə verməyə hazırlaşır. Hərbi xidməti təxirə salmaq üçün müraciət etmək şərtlərindən biri, fərqlənmə nişanı olan bir sənətçi olmaqdır. (BTS 2018-ci ildə fərqlənmə nişanı aldı). Məclisin iclasında, BTS kimi məşhur pop sənətçilərinə ölkənin qlobal nüfuzunun yüksəldilməsinə kömək edərək, hərbi xidmət vəzifələrini təxirə salmaq üçün müstəsna bir hüquq vermək üçün Hərbi Xidmət Qanununa yenidən baxılması barədə qanun layihəsi təsdiqləndi. Reviziya sentyabr ayında BTS-in “Dynamite” mahnısı ABŞ Billboard Hot 100 single siyahısını vuran ilk Cənubi Koreyalı sənətçi olduqdan sonra təklif edildi.
- Dispatch ilin ilk cütlüyünü açıqladı - 01 Yanvar 2021
- Maskaların belə yaraşıqlarını gizlədə bilmədiyi məşhurlar. - 13 Dekabr 2020
- Təqvimlərinizi qeyd edin: VIXX üzvü Hyuk yeni musiqi ilə qayıdır! - 13 Dekabr 2020