//Bu il idollar arasında dəbdə olacaq saç rəngləri

Bu il idollar arasında dəbdə olacaq saç rəngləri

Saçların rəngi, forması idol stilinin ayrılmaz hissəslərindən hesab olunur. Məşhurları hardasa papaqda və ya saçları tamailə gizlədilmiş şəkildə tutanda hamını xüsusəndə pərəstişkarları görəsən bu dəfə onları nə gözləyir deye maraq bürüyür. Amma unutmaq olmaz ki, bizim sevdiyimiz idollar arasında da dəbdə olan əsas rənglər, formalar olur. Bunları nəzərə alıb diqqətinizə bu il idollar arasında dəbdə olacaq əsas rəngləri seçib sizə göstəririk.  

Neon parlaqlığı. Neon rəng çoxdandır ki, dəbdədir. Bu il də dəbdən düşəcəyi heç gözlənilmir. Elektrik mavisini hələ çox görəcəyik. 

 

Bənövşəyinin çalarları. Bənövşəyi çəhrayının bir çalarıdır. Neçə il bundan əvvəl çəhrayı rəng dəbdə olmağına baxmayaraq bu il bənövşəyi dəbdədir. Onlar bir birindən tamamilə fərqlənir. Ağla qarışmış bənövşəyi bir başqa gözəllikdir.

 

Firuzəyi.  Bir çox idol bu rəngi sinaqdan keçirtməsinə baxmayaraq bu il yenə də dəbdə olacağı mütləqdir. Maraqlıdır ki, firuzəyi rəng həm yaşıla çala bilər həm də maviyə.

 

Ağ. Söhbət ağappaq ağdan getmir gümüşü ağ başqa çalardı. Bundan əvvəlki il boz rəng dəbdə olmasına baxmayaraq bu il ağ rəng daha çox sevilir. Bu rəng saçlar insana bir başqa obraz verir.

 

Qırmızının bütün çalarları. Yadınizdadır 2015-ci ildə idollar arasında qırmızı rəng nə qədər məşhur idi? Sonralar bu rəng dəbdən düşsə də bu il yenidən canlandı. Bu il qırmızının daha çox fərqli çalarlarına üstünlük veriləcək. Giləmeyvə qırmızısından tutmuş, çiyələk,albalı qırmızısına kimi.