//Bu gün sevilən müğənni Park Ci Hunun (Park Ji Hoon) ad günüdür

Bu gün sevilən müğənni Park Ci Hunun (Park Ji Hoon) ad günüdür

 

May ayının 29-da müğənni Park Ci Hunun (Park Ji Hoon) 20 yaşı tamam olur (Koreya yaş təqviminə əsasən 21). Xatırladaq ki, Park Ci Hun (Park Ji Hoon) həm aktyor, həm də müğənnidir. O, 2017-ci ildə Produce 101 (2-ci) yarışmasında II yeri tutmuşdu. 2017-ci ildən Wanna One qrupunun üzvü olsa da, 2018-ci ildən solo çıxış etməyə başlayıb. Qeyd edək ki, müğənni JTBS kanalının yeni serialında rol oynamaq təklifi alıb və ona hazırlaşır. Bu gün sosial şəbəkələr vasitəsi ilə,  #HappyJihoonDay haşteqləri altında Park Ci Hunu (Park Ji Hoon) minlərlə pərəstşikar təbrik edib. Sevilən müğənninin rəsmi Twitter səhfəsi də onun uşaqlıq şəklini paylaşıb. Gəlin birlikdə paylaşılan şəklə və təbriklərə baxaq. Biz də, Hansamo ailəsi adından Park Ci Hunu (Park Ji Hoon) təbrik edir, ona uğurlar arzulayırıq.