//BTS yenə irqçiliyə məruz qaldı

BTS yenə irqçiliyə məruz qaldı

The Topps Company tərəfindən 2021 Grammy Awards-a qatılan sənətçilər üçün nəşr olunan Amerikalı karikatira “Garbage Pail Kids” tərəfindən paylaşılan karikaturalar arasında BTS üçün çəkilən karikatura tənqid olunur.


Son zamanlardan bəri artan Asiyalılara qarşı irqçilik və ölümlə nəticələnən şiddətə əlavə olaraq, BTS üzvləri yara və şiddətlə karikatura edilməsi insanları qəzəbləndirdi. Digər sənətçilər yaxşı formada göstərilməyinə baxmayaraq, BTS-ə qarşı irqçilik olundu. Bundan əlavə, karikaturadakı İngilis dilindəki “Whack-A-Mole” ifadəsi də böyük reaksiya alır. Whack-A-Mole ifadəsi bir çuxurdan çıxan bir cismə çəkic və ya oxşar bir vasitə ilə şiddət göstərmək deməkdir və xüsusilə Asiya mühacirləri üçün “aid olduğu yerə qayıtmaq” mənasını verən çox şiddətli bir ifadədir. Bundan əlavə, Billboard tərəfindən paylaşılan bir məqalədə qrup haqqında xoşagəlməz bir şəkildə danışıldı. “BTS xuliqanları qrammofon tərəfindən əzildi” ifadəsinə görə Billboard heç bir açıqlama vermədi və ya, üzr istəmədi. Sadəcə məqaləni düzəldərək bu ifadəni məqalədən sildi. Pərəstişkarlar #RacismlsNotComedy tağı ilə reaksiya verir və Topps şirkətindən bu irqçiliklə bağlı açıqlama tələb edir.

TAGS: