//BTS Wembley Stadionunda pərəstişkarlarına səmimi mesajlar verdilər

BTS Wembley Stadionunda pərəstişkarlarına səmimi mesajlar verdilər

BTS-in  Wembley Stadionundakı ilk konserti musiqi tarixinde güclü bir iz qoydu.

İlk konsertləri  “BTS 2014 LIVE TRILOGY: EPISODE II. RED BULLET” ilə 2014-cü ilin oktyabr ayında 6.000 pərəstişkar ilə görüşən qrup, 5 il sonra 2019-cu ildə Londondakı Wembley Stadionunda “LOVE YOURSELF: SPEAK YOURSELF” konserti ilə 120.000-dən artıq pərəstişkarlar ilə görüşüb.

BTS konsert haqqında resmi açıqlama verib:

“Bir gün burada səhnəyə çıxacağımıza söz verdik və bu gün bizim üçün başqa bir xəyal daha gərçək oldu. Wembley Stadionunda dünyanın dörd bir yanından gələn pərəstişkarlarımızın qarşısında səhnə aldığımız üçün çox xoşbəxtik. Citi Fielddəki ilk konsertimizdən bura ABŞ-dakı pərəstişkarlarımıza bütün bunları edilməsi mümkün etdikləri üçün təşəkkür edirik…Qəlblərimiz doludur….Hamınızla birlikdə qurduğumuz bu xatirələri heç vaxt unutmayacağıq. Bizi dəstəkləyən dünyadakı hər kəsə təşəkkür edirik.”

Xatırladaq ki, BTS Wembley Stadionunda konsert verən ilk koreyalı qrupdur. Həmin konsertin mədəni əhəmiyyəti bütün Koreyaya yayıldı. Bir çox koreyalı bu uğura imza atdıqları və ölkələrini beynəlxalq səviyyədə dünyaya tanıtdıqları üçün BTS-lə qürur duyduqlarını bildiriblər.

Aşağıda BTS üzvlərinin dedikləri bəzi ürək sözlərinə nəzər yetirə bilərsiniz.

RM, pərəstişkarların “Çətin zamanlarda birlikdə yeridiyimiz yola bax” plakatlarını gördükdən sonra “Yalnız deyilik!!” – deyə qışqırıb.

Suga: “Nəhayət ki, Wembleydəyik. Doğrusunu desəm buranı sadəcə TV-də görmüşəm. London məndə unudulmaz xatirələr buraxdı. Bu gecə əyləndiniz? Bu gecəni sonsuza qədər xatırlayarsınız.”

Cin əfsanəvi Queen qrupunun 1985-ci ildə Wembley Stadionindakı konsertinə istinadən “Ayy~ oh!” -deyə qışqırıb.

Cimin: “ARMY!! Səni sevirəm. Bu bizim üçün doğurdan da mənalı bir gündür. Buna görə də ARMY-lərə onları ürəyimin dərinliklərinə qədər sevdiyimi demək istəyirəm.”

V: “Biz sizi bənövşəyiləşdiririk, sizi sevirik! 💜💜

RM: “İngiltərə mənim üçün böyük və aşılmayan bir divar kimi idi. Amma bu gecə biz və sizlər bu divarı yıxdıq!”

Xatırladaq ki, BTS-in konsertinin 2-ci günü bu gün baş tutacaq.

TAGS:

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və BIGBANG pərəstişkarıyam.Hal-hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova