//BTS və Holzi 2019 Billboard Music Awards-da çıxış edəcək

BTS və Holzi 2019 Billboard Music Awards-da çıxış edəcək

BTS Billboard Music Awards səhnəsinə qayıdıb Holzi ilə birlikdə öz yeni «Boy With Luv» adlı mahnısını ifa edəcəklər.

Aprelin 14-ü  BTS Saturday Night Live efirində «Boy With Luv» mahnısı ilə ilk çıxışından sonra mayın 1-i Holzi ilə birlikdə 2019 Billboard Music Awards-da çıxış edəcəkləri elan olundu.

BTS aprelin 12-si Holzinin iştirakı ilə yeni «Map of the Soul: Persona» adlı mini albomunun əsas mahnısı olan «Boy With Luv»ı yayımladı. О Koreyada və bütün dünyada top çartlara düşdü və YouTube-da baxış sayına görə rekord qırdı.

Qrup 2018-ci ildə «Fake Love» mahnısı ilə debüt etdikdən və şouda iştirak edən ilk koreyalı artist olduqdan sonra artıq 2-ci ildir ki, BBMA səhnəsinə çıxır.

BTS həmçinin bu il də 2 mükafat üçün namizəd göstərilib: Top Duo/Group və Top Social Artist. Ardıcıl olaraq 2 il BTS Top Social Artist mükafatını qazanıb və 2017-ci ildə mükafatı vətənə apararaq Billboard Music Award-da mükafatlandırılan ilk koreyalı qrup oldular.

2019 Billboard Music Awards təltifi 1 may yerli vaxt ilə saat 21:00-da canlı yayımlanacaq.

TAGS: