iHeartRadio Awards 2020 müsabiqəsinin təşkilatçıları müsabiqədə iştirak edəcək qrupların adlarını açıqladı. Müsabiqənin şərtlərinə əsasən səs vermə artıq açıq elan olunub. Sevilən iki qrup BTS və BLACKPINK-in «Best Music Video» nominasiyası üzrə səs vermə yarışında iştirak edəcəkləri bəlli oldu. BTS «Boy With Luv», BLACKPINK qızları isə «Kill This Love» mahnısının klipi üzrə bir-birinə rəqib seçilib. Mart ayının 29-da Amerikanın Los-Anceles şəhərində iHeartRadio Awards 2020 müsabiqəsinin canlı yayımını FOX kanalından izləmək imkanı olacaq. Xatırladaq ki, yarışma haqqında ətraflı buradan oxuya bilərsiniz. Qeyd edək ki, BTS qrupunun ARMY fan klubu «Best Fan Army» nominasiyasına namizəddir. Hər iki qrupun fanlarına uğurlar arzulayırıq. Səbirsizliklə mart ayının 29-nu gözləməli olacağıq. Bizi izləməyə davam edin. Nəticələr açıqlanan kimi saytımızda ətraflı məlumat veriləcəkdir.
Bəs siz kimə səs verəcəksiniz?
- Conq So Min və Kim Ci Sok “Monthly House” adlı yeni serialın baş rol qəhrəmanları seçildi - 13 Oktyabr 2020
- Suzy və Nam Cu Hyokun “Startup” adlı serialının video tizri yayımlandı - 09 Sentyabr 2020
- Kim Hyon Cunq ilkin tibbi yardım göstərərək həyat xilas etdi - 09 Sentyabr 2020