//BTS “Saturday Night Live” musiqili şousunda

BTS “Saturday Night Live” musiqili şousunda

 

Qrupun “Saturday Night Live” musiqi şosunun qonağı olacağını daha əvvəldən xəbər vermişdik. Aprel ayının 13-də, Amerikanın NBC-i kanalında yayımlanan “Saturday Night Live” musiqi şousunun qonağı olan BTS oğlanları şou tarixində çıxış edən ilk Koreyalı qrup oldular. Səhnəyə çıxan kimi güclü çıxışları ilə auditoriyanı ələ almağı bacaran oğlanlar, hamını özlərinə heyran qoydular. Qrup, canlı olaraq şou boyunca 2 mahnı səsləndirdi. 1-ci “Boy With Luv” mahnısı, 2-ci isə “MIC Drop”-un remiks forması. Pərəstişkarlar BTS-in bu uğurunu Twitter və digər sosial şəbəkələrdə  #BTSxSNL haşteqləri altında yaymağa başlayıblar. Qeyd edək ki, “Boy With Luv” mahnısı ilk dəfə canlı olaraq “Saturday Night Live” şousunda yayımlandı.

 

Canlı yayımdan sonra BTS Emma Stone və “Saturday Night Live” şousunun çəkiliş heyətinə öz minnətdarlığını bildirib.

 

 

TAGS: