//BTS qrupunun ən mənalı mahnılarının siyahısı

BTS qrupunun ən mənalı mahnılarının siyahısı

 

BTS qrupunun dünyada məşhur olmaqlarının bir neçə səbəbi vardır. Mahnılarının hər bir xüsusiyyəti istər janrından tutmuş, xareoqrafik sinxron rəqslərinə, mahnını musiqisinə kimi bir çox xüsusiyyəti insanlar tərəfindən sevilib, bəyənilib. Bununla yanaşı, BTS mahnılarının bir önəmli xüsusisiyyəti mahnıların sözləridir. Həmin sözlər o qədər mənalı və düşündürücüdür ki, insan düşünmədən qulaq asıb keçə bilmir. Xüsusəndə əgər mahnın sözlərini anlaya bilən insanlar üçün. BTS mahnılarında bir çox insanın yaşadığı, amma söz açmadığı problemlədən bəhs edir. Buna görədə onların mahnısı həmişə mənalı və maraqlı alınır. Sizin üçün aşağıda, BTS-in səsləndirdiyi güclü məna gücünə malik, ən təsirli mahnıların siyahısını təqdim edirik.

1-ci “Sea”

“Sabah hər şey yaxşı olacaq ümidi ilə yat, Biz, səhrada ilğımı gördük, amma onun nə olduğunu anlamadıq,

Ona görədə bu səhrada sağ qala bilmək üçün daim dua etdik,

Hər şey real olmadığına, ümid etdik”.

 

2-ci “Whalien 52”

“Artıq mənim üçün önəmli deyil, mən kim olmuşam, mənimlə nə baş verir deyə.

Tənhalıq- bu mənə qalan yeganə şeydir. Mən tamamilə təkəm və kədərə qərq olmuşam”

 

3-cü “Epiphany”

“Mənim bu dünyada ən çox sevməli olduğum insan özüməm. Özümün parıladayan, qiymətli ruhumu.

Nəhayət ki, mən bunu dərk etdim, ona görə də özümü sevirəm. İdeal olmaya bilərəm, amma mükəmmələm.

Sadəcə özümü sevməliyəm”.

 

4-cü “Magic Shop”

“Mən həmişə hamıdan yaxşı olmaq istəmişəm,

Ona görədə həmişə səbirsiz və narahat olmuşam.

Özümü başqaları ilə müqayisə etməyə öyrəşmişəm.

Mənim həsədim məni məhv edən, silahım oldu”.

 

5-ci “Spring Day”

“Sənə nəfəs verməyə çalışıram, məni incitməyinə baxmayaraq. Sanki, duman kimi, ağ duman kimi.

Mən səni yaddaşımdan siləcəyimi deyirəm, amma hələ ki, bunu edə bilməyəcəyəm”.

 

6-cı “The Truth Untold”

Sənə bənzəyən gül, tənhalıq baxçasında çiçək açdı.

Mən onu sənə hədiyyə etmək istərdim. Bu axmaq maskanı çıxardandan sonra”.

 

7-ci “134340”

“Əgər səndən soruşa biləsydim, səndən soruşardım “Biz bunu o vaxt niyə elədik?, Sən məni niyə qovdun?”

İtirdiyim, mən hələ də sənin yanındayam.

Bizim vidamiz bu dünyanı darxıdırıcı və rəngsiz elədi”.

 

8-ci “Run”

“Hər şey əbəs yerədi, mənim arzum heç vaxt gerçəkləşməyəcək.

Mən qaçıram, qaçıram amma hələdə öz yerimdəyəm. Sadəcə yanıram”.

 

9-cu “I’m Fine”

“Yuxudan oyana bilməsəmdə, sınmış olsamda, qanadlarım qırılsada, nə vaxtsa özüm olmaqdan qorxsamda.

Hər şey qaydasındadır. Mənim xilaskarım ancaq özüm ola bilərəm”.

 

Bəs siz, sizin üçün daha mənalı hansı mahnını bu siyahıya əlavə etmək istərdiniz?

TAGS: