//BTS qrupu “The Beatles Story ” muzeyinə rəsmi dəvət aldı

BTS qrupu “The Beatles Story ” muzeyinə rəsmi dəvət aldı

BTS qrupu Böyük Britaniyanın Liverpul şəhərində yerləşən, “The Beatles Story” adlı müzeyinə rəsmi dəvət alıb. “The Beatles Story” muzeyi, əfsanəvi qrupun ilk çıxış etdiyi anları keçmişə səyahətə edərək daha yaxından görə bilmələri üçün BTS qrupuna VİP ekskursiya təşkil edəcəkdir. May ayının 15-i tarixində BTS qrupunun Amerikanın “The Late Show With Stephen Colbert” adlı verlişində BTS-in The Beatles qrupuna hörmət nümayiş etdirməsindən sonra muzey onları Liverpula dəvət etmək qərarına gəlib. ‘The Beatles Story’ muzeyinin marketinq direktoru belə açıqlama verib: “Əgər BTS qrupu bizim müzeyi ziyarət etmək haqqında razılıq versə, biz onlar üçün VİP ekskursiya təşkil edəcəyik. Bu bizim üçün şərəf olar ”

Big Hit Entertainment agentliyi yayılan xəbərləri təsdiq edərək: “Bəli ‘The Beatles Story’ muzeyindən rəsmi dəvət almışıq” sözlərini qeyd edib.

TAGS: