//BTS mahnılarının sədası NASA-da eşidiləcək

BTS mahnılarının sədası NASA-da eşidiləcək

BTS-in mahnıları aya qədər yüksəlir.

İyun ayının 3-ü NASA-dan Johnson Space Center , aya gedən zaman Third Rock Radio üçün bir musiqi siyahısı hazırladıqlarını bildirdi və insanlardan mahnı tövsiyyəsi etməklərini istədi.

“Bundan 50 il qabaq NASA aya insan ayağının dəyməsi üçün hazırlaşırdı. İndi 2024-cü ilə qədər qayıtmağa çalışırıq. #Apollo50th ildönümünün şərəfinə @ThirdRockRadio ilə ay səyahətinə uyğun musiqi siyahısı hazırlayırıq. 28 iyun tarixinədək #NASAMoonTunes ilə mahnılarınızı paylaşın!”

ARMY-lərdən gələn çoxsaylı istəklərə cavab olaraq NASA : “Vay, olduqca mox @BTS_twt & RM pərəstişkarı var! Paylaşımlarınız üçün təşəkkür edirik”-deyə tvit atdı və siyahıya 3 BTS mahnısı əlavə etdiklərini bildirdi. Siyahıya əlavə olunan mahnılar “Moonchild”, “Mikrokosmos” və “134340”-dur.

Xatırladaq ki, musiqi siyahısına əlavə etmək üçün mahnı tövsiyyələrinizi 3 iyun -28 iyun tarixinədək NASA-nın postlarının altına rəy olaraq yaza bilərsiniz. Musiqi siyahısı 13-14 iyul tarixlərində Third Rock Radyosunda yayımlanacaq.

 

Elmina Səfərova

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və Bigbang fanıyam.Hal hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova