BTS-in öz mahnılarını hazırlamaq üçün bir çox əsərlərdən, filmlərdən ilham aldığı bizə məlumdur. Eyni zamanda onların kliplərində də bir çox maraqlı nüanslara rast gəlmək mümkündür.
1.İlk olaraq BTS-in “FIRE” klipində, Pink Floyd-un “Wish You Were Here” albomunun üz qapağındakı yanan səhnədən ilhamlandığını misal göstərmək olar.
2. “First Love” (WINGS #4 Short Film) klipində Suganın sındırdığı pəncərədən Pink Floyd-un “Wish You Were Here” posterinin asıldığını görürük.
3. “Blood, Sweat, & Tears” klipinin bir çox hissəsində 2010-cu ildə çəkilmiş “Chatroom” filmindən bəzi elementlər var. Buna misal olaraq bəzi yerlərdə “Chatroom” adının istifadə olunmasını misal göstərmək olar.
4.V-nin pəncərədən sıçrayışına oxşar səhnənin həmçinin “Chatroom”-da olması da təsadüfi deyil.
5.” Chatroom”da, V-ni örtən təbəqə ilə eyni olan və V-lər kimi “pərdələrin parçalanmasını” simvolikləşdirən şəffaf bir pərdə vardır.
6.“Blood, Sweat, & Tears”da “Chatroom”dakına bənzəyən güzgülü zəmini və stulu olan bir otaq var.
7. Jinin qaranlıq qanadlı mələk heykəlini və V-nin qara qanadlarının peyda olmasıda “Chatroom”daki mələk görüntülərindən təsirlənə bilər.
8. Jungkook-un “FİRE” klipindəki yanan velosipedi, “Lost River” filmində yanan velosiped səhnəsilə oxşardır. “Lost River” cümləsini isə Jungkookun arxasındaki arxa planda da görə bilərsiniz.
Redaktə: Gülər Nursu
- So Hyon Cin yeni serialda rol oynayacaq - 11 Dekabr 2020
- “Lovestruck in the City” serialının yeni Fraqmenti yayımlandı - 11 Dekabr 2020
- “Secret Royal Inspector” serialının ilk fraqmenti yayımlandı - 01 Dekabr 2020