//BTS-in yeni mobil oyunu. BTS WORLD-un bir hissəsi necə ola bilərəm?

BTS-in yeni mobil oyunu. BTS WORLD-un bir hissəsi necə ola bilərəm?

 

BTS yeni mobil oyununun yayımlanmasına az qaldı. Təqdim olunan yeni oyunda pərəstişkarlar üçünü hər şey olacaq. Musiqi dünyasını fəth etdikdən sonra, BTS oyunlar dünyasınıda fəth etməyə hazırlaşır. Əgər siz BTS üzvlərinə daha yaxın olmaq istəyirsinizsə bəxtiniz gətirdi, çünki bu fürsət tam sizlikdi. Ona görə ki, Netmarble Corp.tərəfindən yaradılan mobil telefonfonlar üçün olan bu oyun əsl pərəstişkarlar üçünüdür. Oyun vasitəsi ilə BTS ilə daha yaxından tanış ola bilərsiniz.

BTS WORLD nə vaxt yayımlanacaq?

Bu suala dəqiq cavab vermək hələ ki, tezdi. Çunki, oyunun tam hazır olmasına baxmayaraq, ancaq qeydiyyat işləri tamamlandıqdan sonra yayımlana bilər.

BTS WORLD-dən necə qeydiyyatdan keçə bilərəm?

Bu oyun iOS və Android əməliyyat sistemləri ilə çalışan çoxsaylı qurğularda istifadə oluna biləcək.  Daha ətraflı məlumatı üçün buradan oxuya bilərsiniz. Burada siz oyun haqqında ilkin məlumat əldə edə, qeydiyyatdan keçib digər oyun yoldaşlarnızla tanış ola bilərsiniz. BTS WORLD vasitəsi ilə hər bir oyunçu BTS üzvləri ilə indi olduğundan daha yaxın olur. Belə ki, dünyanının harasında olmasından aslı omayaraq hər bir oyunçu BTS-in meneceri olmaq və bütün pərəstişkarlarla birləşə bilmək fürsəti verilir.

BTS WORLD nə deməkdir? 

Netmarble şirkətinin nümayəndəsi tərəfindən verilən məlumatlarda: “BTS WORLD ilk gündən oyunçular üçün yaradılıb. Bununla yanaşı bu oyun ilə tanış olan hər bir kəs fərqliliklərlə rastaşacaqdır. Onlar BTS dünyasının nəfəs kəsən həyacanını oyun vasitəsi ilə hiss edəcəklər.” deyilir. Bununla yanaşı proqram butun pərəstişkarlar üçünü 10 000-dən çox xüsusi olaraq bu proqram üçün çəkilmiş şəkildən və 10 video klipdən ibarətdr. Bununla yanaşı bütün pərəstişkarlar virtual olaraq qrupun bütün üzvləri ilə ünsiyyət quracaqlar.

Hamıya uğurlar arzulayırıq.

TAGS: