//BTS-in yeni filmi Azərbaycan kinoteatrlarında

BTS-in yeni filmi Azərbaycan kinoteatrlarında

 

BTS-in böyük ekranlara geri dönüşü 2019-cu ilin yay aylarına planlaşdırılır. “Bring the Soul: The Movie” adlı sənədli film avqust ayının 7-də ekranlara veriləcək. Qeyd edək ki, qrupun “Love Yourself in Seoul” adlı konsert-filmin yayımlanmasından yarım il keçib. “Bring the Soul: The Movie” filminin süjet xətti canlı çıxışlardan və müsahibələrdən ibarət olacaq. Bununla yanaşı filmdə ən səmimi kadrlar, qrup üzvlərinin heç vaxt, heç yerdə demədiyi sirlər yer alacaq. Film BTS-in Avropa turunu uğurla tamamlamasına həsr olunacaq.

 

 

“Bring the Soul: The Movie” adlı sənədli filmin çəkilişləri üçün “Compay Trafalgar Relasing yenidən Big Hit Entertainment ilə birgə əməkdaşlıq edəcək. Sözügedən şirkətin direktorunun verdiyi açıqlamada belə deyilir: “ARMY- bir cəmiyyətdir, kütlədir. Və bir şirkət olaraq biz bu kütləni yenidən birləşdirməkdən, görüşdürməkdən məmnunuq. BTS-in filmi vasitəsi ilə bütün dünya kino aləminə səyahət etməyə hazırıq” sözlərini qeyd edib. Biletlər iyul ayının 3-dən qrupun rəsmi saytında satışa buraxılacaq. Filmin bütün dünyada izlənə bilməsi üçün şərait yaradan bir neçə önəmli şirkətlərdən biri “CoolConnections” şirkətidir. Bu şirkətin fəal təşkilatçılığı sayəsində daha əvvəl yayımlanan “Love Yourself” filmini Rusiya və bütün MDB ölkələrində rahatlıqla izlənməsinə imkan yartamışdır. Bütün ARMY-lər “Bring the Soul: The Movie” filmini Azərbaycan, Belarusiya, Gürcüstan, Qazaxıstan, Qırxızıstan, Moldavya, Rusiya, Tacikistan, Özbəkistan, Ukrayna kino teatrlarında izləyə biləcək.

Film haqqında ətraflı buradan oxuya bilərsiniz. Filmin adının hərfi mənası “BTS öz ruhunu açacaq” deməkdir. Rejissor Park Jenq Sudur (Park Jeong-soo), yayımlanma müddəti 105 dəqiqədir, 6+ yaş həddinə uyğundur.

Əziz ARMY-lər filmi izləməz hazırsınız?

 

 

TAGS: