//“BTS”-in “Map Of The Soul: Persona” albomu Hanteo Chart-da 2 milyon satış edən ilk albom oldu

“BTS”-in “Map Of The Soul: Persona” albomu Hanteo Chart-da 2 milyon satış edən ilk albom oldu

BTS daha bir rekorda imza atıb.

Dana öncə “Soul of Map: Persona” adlı albom yayımlandığı ilk gün 1.479.930 satış həyata keçirmişdi və bu bir gün içində qrupun ilk həftəlik rekordunu keçmişdi.

16 aprelde yayımlanan albomun çıxış tarixindən cəmi 5 gün keçsə də ”Hanteo Chart”-da 2 milyon satış sayını keçib.

16 apreldə 77.295 kopya satan albom, hal-hazırda 2.000.274 kopya satıb.

“Soul of Map : Persona” , BTS-in keçən ilki “Love Yourself: Tear” albomunun 1.003.527 satış sayının iki qatına çıxıb.

Soul of Map : Persona” həmçinin “Hanteo Chart” tarixində 2 milyon satan ilk albom oldu. 2017-ci ildə “Love Yourself : Her” , “Hanteo Chart” -da 1 milyon satış edən ilk albom olmuşdu.

Daha öncə ”Love Yourself : Answer” albomu “Gaon Chart”-da 2 milyonu keçən ilk albom olmuşdu.

 

TAGS:

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və BIGBANG pərəstişkarıyam.Hal-hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova