//BTS-in geyimlərində gizlənən “Persona” albomunun teoriləri

BTS-in geyimlərində gizlənən “Persona” albomunun teoriləri

Bildiyiniz kimi BTS albomlarında və kliplərində hekayədən bəhs edir. Hər geri dönüş zamanı pərəştiklarlar bu hekayələrin teorilərin tapmağa çalışırlar. Biz isə bu dəfə BTS “Persona” albomu üçün yayımlanan şəkillərindəki geyimlərinə əsasən bu dəfəki albomu izah etməyə çalışacağıq. Baxaq bu albom bizə hansı heyakədən bəhs edəcəklər.

İndi isə BTS konsepsiya fotolarında geyindiyi paltarlara baxaq. Aşağıdakı şəkilə nəzər salan kimi “Gucci partisi” olduğun görürük. BTS bu fotolarda Guccinin Dionysos kolleksiyasındakı geyim və aksesuarlarında istifadə ediblər. Dionysos kolleksiyasının özəlliyinə daha sonra toxunacağıq.

İlk öncə Cindən başlayaq. Cin yuxarıdakı fotoda geyindiyi kğynəyə diqqətlə baxsaq üzərində Wen dağı ilə Paramount printini görürük. Bu print sizə də tanış gəlir ? -Bəli, bu ABŞ -ın kino studiolarında bir olan “Paramount Pıctures”-in logosudur.

BTS-in yayımladığı ilk teaser videosununda da kinoteatr görürük. Yeqin siz də bunların təsadüf olmadığını başa düşürsüz…

Növbəti üzv isə J-hope və onun aksesuarlarıdır. Digər üzvlərdən fərqli olaraq onun böcək formalı aksesuarlar taxdığını görürük. Hobinin taxdığı bilərzik və boyunmağında hansı məna gizlənir?

Paltara diqqətlə baxsaq qara-qırmızı zollaqları arını xatırladır. Və aşağıda istifadə olunan aksesuarlarda da arı və böcək görürük.

 

Arının meyvələrin yetişməsində böyük rolu var. Meyvələrin tozlanmasında iştirak edən həşəratlardandır. Boyunbağında təsvir olunan böcək üçün Gucci açıqlamasında da eyni şeyi qeyd etmişdir. Və təsadüfi deyil ki, tizr şəkillərində digər üzvlər kimi J-hope də əlində meyvə tutub. Görəsən yeni mv-də Hobinin rolu nə olacaq. Bəlkə də üzvlərin inkişafında rolu olacaq. Eynilə həşaratların meyvələrin  yetişməsindəki rolu kimi.

Şugaya da diqqətl baxsaq kəpənək formalı aksesuar taxdığını görərik. Guccinin kəpənək formalı sancağı paltarında gizlənib.

Digər üzvlərdən fəqrli olaraq təkcə Suganın paltarında çiçək naxişları görürük. J-hopeda olan arı kimi kəpənəyin də çiçəklərin tozlanmasında rolu var. Çiçələri tamamilə açılan Suga və onun üzərində olan kəpənək… Görəsən Suganın mv-dəki rolu nə olacaq?

 

Conquq və Cimin şəkilləridə Loverboy markasının  köynəklərini geyindiklərini görürük. Conquq və Cimin geyimləri digər üzvlər nisbətən ucuzdu və Guccidən də deyil.

Loverboy – sevgili yəni oğlan sevgili kimi tərcümə olunur və sevgi mənasındadır. Yəqin ki , tizr videosunda çıxış mahnısının “Boy With luv” olduğunu görmüsünüz, o da həmçinin sevgini ifadə edir. Bu patlar Gucci olmasa da üzərindəki böyük və diqqət çəkən “love” yazısına görə seçilmiş də ola bilər..

Jinin üçün yayımlana digər tizr fotosunda üzərində Dumbo printi olan köynək geyindiyin görürük.
Disney filmi olan “Dumbo” dostlarında fərqli olaraq böyük qulaqları ilə doğulan obraz idi. Fəqli olduğu üçün həmişə digərləri tərəfində uzaqlaşdırılırdı. Həbs olunan anasını xilas etmək üçün maska taxıb sirkdə işləməyə başlayır. Sirkdə oynayan, ağrılı günlər keçirən Dumbo daha sonra böyük qulaqları ilə uçmağa başlayır. Sirkdə ən çox sevilən obraz olur və onun hekayəsi xoşbəxt sonluqla bitir.

BTS mv-lərində tez-tez digərləri üçün fədakarlıq edərkən görünən Cin də, yəqinki, maska taxib fədakarlıq edən Dombo kimi “persona”-da xoşbəxt sonluğa qovuşacaq…

 

Tizr şəkillərində yəqin ki,  üzvlərin qadın aksesuar və geyimlərində istifadə etdiyinə fikir vermisiniz  Bunun üçün Guccinin Dionysos kolleksiyasının özəlliyinə nəzər salaq

Dionysos yunan mifalogiyası tanrılarındandı, qadın paltarları geyindiyi də deyilir. Dionysos haqqda qısa məlumata baxaq.

 

Dionysos – yunan mifalojiyasında  ən fərqli tanrılarınan biridir. Yunan mifalogoyasında şərab,bağçılıq, həz və coşqu tanrısı olaraq tanınır. Zeus ilə Semelenın oğludur. 2 dəfə doğulan  Dionysos Heranın qəzəbindən qorunmaq üçün qadın paltarı geyinib gizlənməsi ilə də tanınır. O şərabı tapan tanrıdır. Simvolu olan üzüm ağacı kimi  ölür və yenidən doğulu , hər iki tərəfdə, zövq və ağrı arasında gedib-gəlir.  Buna görə də, psixiatriyada manik depressiv əhval-ruhiyyəni təmsil edir. Dionysusun kultuun xristianlıq dininə birbaşa təsir etdiyini iddiaları da var. Dionysus da bağ pozma tanrısı kimi də  tanınır. Teatrın təməlləri onun adına təşkil edilən üzüm bağların şənliklərində  qoyuldu.
Dianyos haqqındakı məlumatlar sizə də BTS əvvəlki mvlərindəki masajları xatirlatdir? BTS -in yayımladığı tracklistə baxsaq albomda Dionyusu adlı mahnı olduğunu da görürük. Stilistin bu qədər şeyə fikir verməsi məni heyrətləndirdi.

Conkukun taxdığı çanta, Rm-in kəməri və V-nin bilərziyi, Guccinin Dionysusdan bu lhamlanaraq yaratdığı kolleksiyadanır.JK və RM aksesuarlarındakı detallar diqqətlə baxsaq, uzaqdan ilan kimi görünsə də üzlərinin pələng olduğunu görürük. V-nin taxdığı bilərzik  isə onlardan fəqrli olaraq ilan formasındadı.

Diaynsosun bir çox adı olsa da maska taxan teatr (drama)  tanrısı da deyirlər. Tizr videosunda da kinotear görnürdü. Bu dəfəki geri dönüş konpeti  Diaynsos ilə əlaqəli olacaqmış kimi görünür.

 

 

 

Əliyeva Simuzər

Mən Əliyeva Simuzər~
Hansamo-Koreyasevərlər təşkilatının üzvü."hansamo.az" saytında yazar və redaktor. fb/koreyasevərlər qrupu moderatoru. Həmçinin @koreyaseverler Facebook səyfəsinin admini. @koreya_gram instagram hesabının idarəçisi
Əlaqə: simialiyeva@gmail.com / simuzar.aliyeva@hansamo.az
FB. Simzar Aliyeva
Instagram @simujjxx
Youtube:Simi JJ Aliyeva
Əliyeva Simuzər