//BTS-in “Boy with Luv” uğurları

BTS-in “Boy with Luv” uğurları

BTS gözlənilən Map of the Soul : Persona albomunu yayımladıqdan sonra bir çox uğur və rekorda imza atıb.

Qrupun yeni klipi “Boy with Luv, YouTube-da  24 saatı keçmədən 76.000.000 izlənmə alan ilk klip olub. Daha öncə bu rekordun sahibi 42 saatda  80.000.000 izlənmə alan BLACKPİNK olmuşdu.

Boy with Luv mahnısı MelOn qrafikasında zirvəyə çıxan ilk BTS mahnısı olub. Həmçinin mahnı 21. All-Kill edib.

Boy with Luv 11 saat ərzində 45.000.000 görüntülənmə sayısı toplayıb.

Map of the Soul : Persona albomu 3 milyon sifarişi keçib və bu BTS-in Answer albomundakı sifarişin iki qatıdır.

~~Streamlər~~

Stream –  youtube, spotify, itunes ve melon kimi məşhur saytlarda izlənmə sayını artırmaq üçün davamlı olaraq eyni zamanda eyni klipi bir çox kompyuter və telefon kimi vasitələrlə izləməkdir.

BTS, Koreyanın 6 stream saytında 1-ci yerdədir və bütün mahnılar siyahıda yer alır.

Boy with LuvSpotify-in gündəlik beynəlxalq siyahısında 4.5 milyon stream alaraq 4-cü yerdədir.

Həmçinin dünyanın bir çox yerində ARMY-lər internet klublarını bağlatdıraraq öz qruplarına dəsrəklərini göstərirlər. Azərbaycanlı Armylərdə həmin axına qoşularaq ARMY Azərbaycan olaraq öz dəstəklərini göstəriblər.

BLACKPINK-in geri dönüşündən sonra BTS-də YouTube Azərbaycan trendlərinə düşdü. BTS Azərbaycan trendlərində 11-ci yerdədir.

Təbriklər A.R.M.Y !! 👏🏻👏🏻
TAGS:

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və BIGBANG pərəstişkarıyam.Hal-hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova