//BTS-in 400 milyonluq izlənmə rekorduna çatan 7-ci klipi

BTS-in 400 milyonluq izlənmə rekorduna çatan 7-ci klipi

BTS  artıq 7-ci dəfədir ki, YouTube kanalında izlənmə rekordu 400 milyonluq kliplər siyahısına daxil olur. Bundan əvvəl o, «DNA», «Fire», «Dope», «Fake Love», «MIC Drop (Steve Aoki Remix)» və «Blood Sweat & Tears» klipləri ilə bu siyahıda yer almışdır. Bu siyahıya qrupun  “İdol” mahnısı da, daxil oldu. Qeyd edək ki, «Love Yourself: Answer» albumunun əsas mahnısı sayılan “İdol”  2018-ci ilin avqust ayında ekranlara verilib.  2019-cu ilin mart ayının 16-da Koreya vaxtı ilə təxminən 05:05 radələrində 400 milyonluq izlənmə sayını keçib. BTS hələ də, k-pop kliplərinin izlənmə sayında öz rekordunu qoruyur.  Hansamo ailəsi olaraq biz onları təbrik edirik. Gəlin birlikdə izləyək.

 

TAGS: