BTS hər şeyə yenidən başlamağa hazırdır!
Sentyabrın 16-da Big Hit Entertainment-dən olan bir mənbə “BTS istirahət müddətini başa vurdu və bu gün planlı bir fəaliyyət üçün uçacaq” dedi.
Avqustun 11-də BTS debütdən sonra ilk dəfə uzunmüddətli fasilə edəcəyini açıqlamışdı. Təxminən bir aydır ki, BTS rəsmi olaraq tətildə idi.
Bu gün fasilələri bitdikdən sonra, BTS sentyabrın 16-da İnçon beynəlxalq hava limanına üz tutub.
BTS 11 oktyabrda Səudiyyə Ərəbistanındakı King Fahd Beynəlxalq Stadionunda “Love yourself: Speak Yourself” konsertinə hazırlaşır. Daha sonra 26, 27 və 29 oktyabrda Seuldakı Olimpiya Stadionunda çıxış edəcəklər.
Latest posts by Elmina Səfərova (see all)
- Dispatch G-DRAGONvə Jennienin sevgili olduğunu açıqladı - 24 Fevral 2021
- Lee Jun Ki Çinin ‘WAVES 漫 潮’ jurnalında - 04 Yanvar 2021
- “Mianhae Jung In Ah” – ürək ağrıdan etiraza məşhurlar da qatıldı - 03 Yanvar 2021