//BTS, fanlarından ARMYPEDIA üçün puzzle (tapmaca) parçalarını birləşdirməyini istəyir!

BTS, fanlarından ARMYPEDIA üçün puzzle (tapmaca) parçalarını birləşdirməyini istəyir!

BTS, fanları üçün əyləncəli bir mübarizə tərtib edib.

ARMYPEDİA ,”ARMY-lərin hazırladığı  BTS-in rəqəmsal arxividir”. Fevralın 25-dən başlayaraq bir ay ərzində ARMY-lər bütün dünyaya səpələnmiş puzzle (tapmaca) parçalarını tapmalı və  2080 gündən ibarət ARMİPEDİA-nı tamamlamalıdırlar. (BTS-in, 13 iyun 2013-cü il, ilk çıxış tarixindən başlayaraq ARMYPEDİA-nın açıqladığı günə qədər, 25 fevral 2019).

Dünyadakı bütün ARMY-lər 2080 ədəd puzzle parçasını tapmaq üçün birlikdə işləməlidirlər. ARMYPEDİA saytında göstərilən təlimatlar belədir: “Hər bir puzzle parçası bir tarixi təmsil edir və 2080 parçanın hər biri tarix və nömrə ilə müəyyən edilir. QR kodu da hər bir puzzle parçasına daxildir, ARMYPEDİA-dakı bütün tarix kartları, ARMY-lər puzzle parçaları aşkarlayana qədər kilidlənib və siz imtahanı uğurla cavablamaq üçün hər bir parçadakı QR kodunu istifadə etməlisiniz. ”

Aşağıdakı linkdən ARMYPEDİA-ya girə bilərsiniz.

https://www.armypedia.net

Behbudzadə Aydan

Mən Behbudzadə Aydan 3 ildən artıqdır ki, koreyasevərlərdənəm, bir çox tədbirlərdə könüllü kimi iştirak eləmişəm. Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Behbudzadə Aydan