‘2019 Koreya Musiqi Mükafatının’ qalibləri müəyyən oldu.
Bu il, mükafat mərasiminin 16-cı ili qeyd olundu və mərasim 26 fevralda Guro Arts Vadisi sənət teatrında keçirildi. KMA’, həm əsas, heəm də digər musiqi sənətçilərini mükafatlandırdı və digər Koreya mükafat mərasimlərindən fərqli olaraq, qalibləri, musiqi tənqidçiləri, radionun əsas işçiləri və digər musiqi mütəxəssislərindən ibarət hakim heyəti seçmişdi. BTS, “İlin musiqiçisi”, “İlin ən yaxşı mahnısı” və “Ən yaxşı pop mahnısı” kimi 3 mükafata layiq görüldü. Onlar, ardıcıl 2 il “İlin musiqiçisi” mükafatına layiq görülən ilk qrupdur.
Bəzi qalibləri və onların musiqilərini aşağıdan baxa bilərsiniz.
İlin ən yaxşı albomu: Jang Pil Soon ‘Soony Eight : Sogil Soony Eight’
İlin ən yaxşı mahnısı: BTS “Fake Love”
İlin ən yaxşı pop mahnısı: BTS “Fake Love”
Ən yaxşı rok mahnısı: Life and Time “Jamsugyo”
- So Hyon Cin yeni serialda rol oynayacaq - 11 Dekabr 2020
- “Lovestruck in the City” serialının yeni Fraqmenti yayımlandı - 11 Dekabr 2020
- “Secret Royal Inspector” serialının ilk fraqmenti yayımlandı - 01 Dekabr 2020