//BTS “Dynamite” ilə geri dönüş etdi!

BTS “Dynamite” ilə geri dönüş etdi!

BTS yeni albomdan əvvəl ilk İngilis single-ı “Dynamite” i yayımladı!

BigHit “Dynamite”in Covid-19 virusu səbəbi ilə çətin anlar yaşayan dünyadakı pərəstişkarlarına güc vermək məqsədi ilə  BTS-in səmimi arzularından ibarət və disko pop tərzində bir mahnı olduğunu dedi. Həmçinin RM, mətbuat konfransında “Dynamite həqiqətən planlaşdırılmamışdı.  İlin əvvəlindən yeni albom üzərində işləyirik və Dynamite-ə rast gəldik. Mahnını eşidən kimi mahnının əyləncəli və həyəcanlı olduğunu düşündük, ciddi bir mövzusu yox idi. Mahnını qeyd edərkən rəqs etməyi dayandıra bilmədik. Bu enerjini ən qısa müddətdə pərəstişkarlarımızla bölüşməli olduğumuzu düşündük və əvvəllər heç etmədiyimiz bir şəkildə erkən yayımlamağa qərar verdik.” deyə açıqlama verdi.

Dynamite yayımlandığı andan indiyə qədər əldə etdiyi uğurlar:

1.Dynamite Çinin musiqi platforması Netease-də 850,000 satışı keçdi və platforma tarixində BTS-in ən çox satan single-ı oldu.

2.Dynamite Netease-də xarici bir sənətçi tərəfindən yayımlanmış tarixdə ən çox satan 2-ci single oldu.

3.Dynamite 5 saat içində 90-dan çox ölkənin iTunes siyahısında 1-ci olaraq tarixdə bunu ən tez bacaran mahnı oldu.

4.Dynamite 7 saat içində 95-dən çox ölkənin iTunes siyahısında 1-ci olaraq tarixdə bunu ən tez bacaran mahnı oldu.

5. Dynamite 8 saatda 100 ölkənin iTunes siyahısında 1-ci olaraq tarixdə bunu ən tez bacaran mahnı oldu.

6.Həmçinin BTS, 5 fərqli mahnısı ilə 100 ölkənin iTunes siyahısında 1-ci olan ilk və tək sənətçi oldu.

7.Weverse Shop-da satışa çıxan Dynamite əşyaları qısa vaxt ərzində həm Amerikada, həm də Global mağazada tükəndi.

6.Youtube üzərində ən tez 1,2,3,4,5 və 6 milyon bəyənmə alan mv oldu.

7.Dynamite ən çox izlənən mv premyerası olaraq rekord qırdı.

8.Youtube-da ən tez 50 milyon izlənmə alan mv oldu (8 saat 16 dəq).