BTS-dən V, bədən istiliyinin artması ilə bağlı olaraq xolinergik övrə adlanan allergiya növündən əziyyət çəkdiyini pərəstişkarları ilə paylaşdı.
İyul ayının 14-ü V, BTS Weverse-dəki bir paylaşıma “Xeyr, xolinergik allergiyam var. Qaşınıram, qaşınıram.” -deyə rəy bildirib.
Əsasən gənclərdə rast gəlinən bu xolinergik övrələr kiçik qırmızı yumruşəkilli dəri xəstəliyinin bir növüdür. Ağır formalarında övrələr qaşıntıdan əlavə olaraq müxtəlif ağrılara : qarın ağrısı , baş fırlanması və yaxud nəfəs almada çətinliyə səbəb olur.
Xolinergik övrələr bədən istiliyinin artışı zamanı ortaya çıxdığı üçün idmanla məşğul olmaq, isti duş qəbul etmək və hətta duyğusal stressdə səbəb ola bilər.
Övrə xəstəliyi, (latınca Urticaria) “Urtica” yəni, gicitkən otu (azərbaycanca tərcüməsi) sözündən götürülmüşdür. Övrə zamanı dəridə yaranan səpgi gicitkən otunun dəriyə toxunduqda əmələ gətirdiyi reaksiyaya bənzədiyindən bu ad verilmişdir. Xəstəlik dəridən qabarıq, müxtəlif ölçülərdə, qaşıntılı qızarıqlıqlarla xarakterizə olunur. Bir neçə saat (max 24 saat) içərisində bir yerdən yox olub başqa yerə keçir.
- Dispatch G-DRAGONvə Jennienin sevgili olduğunu açıqladı - 24 Fevral 2021
- Lee Jun Ki Çinin ‘WAVES 漫 潮’ jurnalında - 04 Yanvar 2021
- “Mianhae Jung In Ah” – ürək ağrıdan etiraza məşhurlar da qatıldı - 03 Yanvar 2021