//BTS-dən Conqkuk(Jungkook) avtomobil qəzası keçirib + BigHit açıqlama verdi

BTS-dən Conqkuk(Jungkook) avtomobil qəzası keçirib + BigHit açıqlama verdi

BTS-dən Conqkuk, yol hərəkəti qaydalarını pozduğu və avtomobil qəzasına səbəb olduğu müəyyən edildikdən sonra polis tərəfindən sorğu-sual edildi. 

Seuldakı Yonqsan Polis Agentliyindən verilən məlumata görə, Conqkukun Hannam-donq məhəlləsində Mersedes Benzini sürərkən yol hərəkəti qaydasını pozduğu üçün taksi ilə toqquşub.  Qəza noyabrın 2-də baş verib.  Qəza nəticəsində həm Conqkuk, həm də taksi sürücüsü kiçik xəsarətlər alıb və xəstəxanada müalicə edilib.  Polis idarəsindəki bir mənbə, davam edən istintaq səbəbiylə daha ətraflı məlumat paylaşa bilmədiklərini bildirdi.  “Hadisənin dəqiq təfərrüatlarını təsdiq edə bilmərik, çünki şübhəli cinayət faktlarının yayılması da qanun pozuntudur. Hazırda hadisənin təfərrüatlarını araşdırırıq.” – Yonqsan Polis Agentliyi 

Big Hit, Conqkukun yol hərəkəti qanununu pozduğunu etiraf etdiyini və qurbanla razılığa gəldiyini açıqladı.

Hal-hazırda polis bu məsələ ilə bağlı məhkəmə prosesini başa çatdırmayıb, buna görə də təfərrüatları detalları ilə deyə bilmərik. Ancaq keçən həftə Conqkuk öz səhvi nəticəsində başqa bir avtomobil ilə qəza edib. Nə zərərçəkən, nə də Conqkuk ciddi xəsarət almayıb. Qəzadan sonra Conqkuk qanunu pozduğunu etiraf edib və proseduru diqqətlə izləyib. Həmçinin, zərərçəkənlə barışıq razılığına gəlib. Qurbandan və narahat etdiyimiz üçün pərəstişkarlardan bir daha üzr istəyirik.

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və BIGBANG pərəstişkarıyam.Hal-hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova