//BTS Avropanın 2 ən böyük stadionunda SOLD OUT statusuna nail oldular

BTS Avropanın 2 ən böyük stadionunda SOLD OUT statusuna nail oldular

 

Martın 1-i BTS-in Avropadakı «Speak Yourself Encore Tour» konsertinə biletlər satışa çıxdı və əsl dəhşət elə bu vaxt başladı.
Londondakı Vembli stadionu böyüklüyünə görə Avropada 2-ci stadiondur və buraya 90 000 insan yerləşə bilir. Parisdən kənarda yerləşən Sen-Denidəki Stade de France stadionuna isə 85 000 insan yerləşir. Avropada yalnız 2 gün konsert olacağı elan edildiyinə görə biletlərə görə əsl emosional mübarizə yaşandı. Tvitter qrupun pərəstişkarlarının xoşbəxt və kədərli postları ilə dolu idi.
BTS 90 dəqiqə ərzində rəsmi olaraq Vembli stadionunu bütövlüklə “doldurdular” və Vembli stadionunda bütün biletlərini satan dünyadakı 12-ci, Koreyadakı isə 1-ci artist oldular. Stade de France stadionu da tezliklə SOLD OUT statusuna qoşuldu.
Avropanın hər 2 şəhərindəki böyük bilet ajiotajından və çoxlu sayda üzgün pərəstişkarlardan sonra belə bir sual yaranır: Avropada əlavə tarixlər elan olunacaqmı və yaxud BTS-in Avropadakı konsert turuna digər şəhərlər əlavə olunacaqmı? Necə düşünürsünüz?