Oktyabr ayının 12-də BTS qrupu Səudiyyə Ərəbistanın paytaxtı, Ər-Riyad şəhərində yerləşən, kral Faxdanın adını daşıyan, beynəlxalq stadionda ərəb pərəstişkarlarını salamladı. BTS-in «Love Yourself: Speak Yourself» adlı dünya turu çərçivəsində, Səudiyyə Ərəbistanda musiqili konsert səfəri ilk dəfə idi. Konsert zamanı səhnəyə çıxan oğlanlar burada olmaqdan özlərini xoşbəxt hiss etdiklərini, həm də həyacanlı olduqlarını qeyd ediblər. Qrup üzvlərinin hər biri pərəstişkarları salamlayaraq öz fikirini belə ifadə edib.
Conq Kuk (Jungkook): “Siz bizim ta Koreyadan bura kimi gəlib çıxa bilməyimiz üçün qanadlar vermisiniz”
Vi (V) : “Burada o qədər pərəstişkar var ki, mən gözlərimə inan bilmirəm. Bu stadionu doldura biləcəyimiz heç ağlımı gəlməzdi. Bura bir daha geri dönmək istərdik. Düşünürəm ki, buradan xoş təəsüratlarla ayrılacayıq, hər birimiz evimizə xoşbəxt gedəcəyik. Hamınıza təşəkkür edirəm”.
Suqa: “Bu bizim bura ilk səfərimizdir. Biz hələ də təəcüb içərisindəyik”.
Cin (Jin): “Mən ARMY-ləri sevirəm”.
Jimin: “Biz bir daha əmin olduq ki, bizi dünyanın hər yerindən sevənlər var. Bu sevgiyə laiq olmağımız üçün daha da çox işləyəcəyik və sizin sevginizə laiq olmağa çalışacağıq”.
J-Hope: “Bu atmosfer…., bu enerji …., mən bütün bunlar üçün çox darıxmışdım. Daha əvvəl çox həyəcanlı idim, amma artıq xoşbəxtəm. Belə möhtəşəm konsert üçün hamıya təşəkkür edirəm”.
RM: “Bizim burada çıxış edə biləcəyimiz heç ağlımıza da gələməzdi. Bizi bura dəvət etdiyiniz üçün, bura gəldiyiniz üçün, bizə qoşulduğunuz üçün hamınıza minnətdarıq. Düşünürəm ki, bu gecən uzun zaman unuda bilməyəcəyik”.
BTS-in vətənimizdə də, çıxış etməyi diləyi ilə hələlik sevimli ARMY-lər. Bizi izləməyə davam edin.
- Conq So Min və Kim Ci Sok “Monthly House” adlı yeni serialın baş rol qəhrəmanları seçildi - 13 Oktyabr 2020
- Suzy və Nam Cu Hyokun “Startup” adlı serialının video tizri yayımlandı - 09 Sentyabr 2020
- Kim Hyon Cunq ilkin tibbi yardım göstərərək həyat xilas etdi - 09 Sentyabr 2020