Sevilən aktrisa İ Yinq Enin (Lee Young Ae) aktrisalıq kareyasındakı 14 illik fasilədən sonra ilk dəfə geri dönüş edir. Xatırladaq ki, sevilən aktrisanın sonuncu dəfə 2005-ci ildə ekranlara gələn “Lady Vengeance” filmindən sonra ilk filmidir. Filmin süjet xətti 6 ildir ki övladını itirən anadan bəhs edir. Hadisələr günlərin bir günü övladını itirmiş anaya gələn zəng ilə başlayır. Zəngdə onun oğlunu hardasa gördüyünü deyilir. Yayımlanan video tizrdə ana öz oğlunu balığıçı kəndində, tanımadığı insanların ətrafında, yorulmadan axtarmağa davam edir. O, əmindir ki, kimsə həqiqəti gizlədir. Filmin rejissoru Kim Sınq Vudur (Kim Seung Woo), filmdə yer alacaq digər aktyorlar Yu Ce Myonq (Yoo Jae Myung), İ Von Qın (Lee Won Geun), Park He Con (Park Hae Jun) və başqalarıdır. Filmin noyabr ayının 27-də böyük ekranlara yayımlanması planlaşdırılır.
- Conq So Min və Kim Ci Sok “Monthly House” adlı yeni serialın baş rol qəhrəmanları seçildi - 13 Oktyabr 2020
- Suzy və Nam Cu Hyokun “Startup” adlı serialının video tizri yayımlandı - 09 Sentyabr 2020
- Kim Hyon Cunq ilkin tibbi yardım göstərərək həyat xilas etdi - 09 Sentyabr 2020