//Brave Brothers Park Bomun mahnısının bu günə qədər yazdığı ən yaxşı mahnı olduğunu və hər kəsi heyran edəcəyini bildirdi

Brave Brothers Park Bomun mahnısının bu günə qədər yazdığı ən yaxşı mahnı olduğunu və hər kəsi heyran edəcəyini bildirdi

Park Bomun solo çıxış mahnısının yazarı Brave Brothers həmin mahnının bu günə qədər yazdığı ən yaxşı mahnı olduğunu bildirdi.

15 fevralda Expo Newsa verdiyi müsahibədə : “ Park Bom tərəfindən aldığım təklifdən bir neçə ay öncə albom üzərində işləyirdim. Onun vokal səsini  çox sevdim və onun albom prodüseri olmaq qərarı aldım. Onu 1 nömrəli sənətçi etmək istədim.” – dedi.

Brave Brothersə görə mahnı orta templi bir R&B ifasıdır. “Doğurdan da çox yaxşı bir mahnıdır. Hətta özümə güvənərək deyə bilərəm ki, indiyə qədər yazdığım ən yaxşı qadın sənətçi mahnısıdır. Sizə əminliklə deyə bolərəm ki, ən yaxşısıdır. Xalq mahnıya heyran qalacaq. Mahnı yayımlananda insanlar mahnının Brave Brothers tərəfindən yazıldığına inanmayacaq. Səbrsizliklə gözləyə biləsiniz onun kimi başqa mahnı yoxdur. Bomun 2Ne1 ilə göstərdiyindən tamam fərqli bir konsepsiyadır.”

“Park Bomun səsi əvvəlki kimi möhtəşəmdir. Rəngli və emosianal hiss yerinə xüsusi bir vokal tonu ifa etmək istədim. Bu onun əvvəlki imicinin bir hissəsi deyil amma tamam fərqli bir konsepsiyadır. Lqkin hələdə YG havası var . Sonuna qədər hazırlaşacayıq.”

Park Bom YG ilə müqaviləsini sonlandırdıqdan sonra yeni şirkəti D-Nation ilə müqavilə imzalayıb. Yeni albomu Mart ayında işıq üzü görəcək.

 

 

 

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və BIGBANG pərəstişkarıyam.Hal-hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova