Pərstişkarlar, BlackPinki reklam videosunda Cennini ön plana çəkməkdə ittiham edir. Video çarx mart ayının 25-də ekranlara verilib. Videoda BlackPinklə yanaşı, aktyor Nam Cu Hyok (Nam Joo-hyuk) da yer alıb. Reklamda Cenninin ön plana çəkildiyi, qrupun digər üzvlərinin isə arxa planda təqdim edildiyi, pərəstişkarların diqqətini özünə cəlb edib. Bu cür ayrı seçkilik, qrupun digər üzvlərinə qarşı ədalətsizlik olduğu hesab edilib. Reklamın sujet xəttinə əsasən Cenni, Çason dövrünün şəhzadəsi rolunu oynayır. Reklamın sonunda o, maralın arxasıycan qaçaraq, sehirli bir ölkəyə düşdüyü təsvir olunur. Videonun sonunda həmin sehrli ölkədə o, qrupun digər üzvləri və aktyor Nam Cu Hyok (Nam Joo-hyuk) ilə rastlaşır.
Pərsətişkarlar qeyd edirlər ki, video çarxın ilk tizri əvvəlcədən yayımlanmışdı. Bu hissədə Cennidən başqa bütün qızlar var idi. Sonradan Cennini təqdim etməklə, onun baş qəhrəman seçildiyi göz qabağındadır. Bununla yanaşı, digər BlackPink sevənlər Cenninin ön planda çəkilməsini normal qarşılayıb. Belə ki, qrup üzvləri içərisində ən məşhur Cenninin olduğunu, hamının bildiyini və əlbəttə onun ön planda çəkilməli olğuna haqq qazandırıblar.
Bəs siz necə düşünürsünüz? Sizcə pərəstişkarlar bunun haqsızlığ olduğunu, doğru hesab edirlərmi? Gəlin birlikdə video reklama baxaq və qərar verək.
- Conq So Min və Kim Ci Sok “Monthly House” adlı yeni serialın baş rol qəhrəmanları seçildi - 13 Oktyabr 2020
- Suzy və Nam Cu Hyokun “Startup” adlı serialının video tizri yayımlandı - 09 Sentyabr 2020
- Kim Hyon Cunq ilkin tibbi yardım göstərərək həyat xilas etdi - 09 Sentyabr 2020