//BLACKPINK Universal Music ‘Grammy Artist Showcase’ də performans göstərəcək

BLACKPINK Universal Music ‘Grammy Artist Showcase’ də performans göstərəcək

Billboardun yayımladığı xəbərə görə BLACKPINK ABŞdakı performanslarına Universal Musicin Grammy Artist Showcase proqramından başlayacaq.

Tədbirə şirkətin CEOsu Lucian Grainge ev sahibliyi edəcək.Həmçinin xəbərdə oktyabr ayında BLACKPINKin Universal Musicin alt quruluşu Interscope Records ilə müqavilə bağladığı da bildirilir.

Showcase 9 fevral şənbə günü baş tutacaq və qonaqlar arasında Greta Van Fleet və Lil Babydə yer alacaq.”Universal Musicin Grammy Artist Showcase”i Downtown Los Angelesdəki ROWda baş tutacaq.Biletləri sadəcə dəvət edilənlər əldə edəcək.

YG Entertaiment qurucusu Yanq Hyon Sok(Yang Hyun Suk), BLACKPINKin mart ayında yeni mahnıları ilə pərəstişkarları qarşısına çıxacağını bildirdi.

Elmina Səfərova