//BlackPink qzları Amerikanın “Zach Sang Show” adlı radio şousuna 30 dəqiqəlik müsahibə verdi

BlackPink qzları Amerikanın “Zach Sang Show” adlı radio şousuna 30 dəqiqəlik müsahibə verdi

 

“YG Entertainment” agentliyinə necə düşdükləri haqqında müsahibə verən qızlar, öz həyat hekayələrinin bu hissəsini insanlarla bölüşüblər. Cenni qeyd edib ki, Floridada yaşamaq imkanı olduğu halda, anasının dəstəyi və təkidi ilə müğənni olmaq üçün Koreyaya gələrək BlackPink qrupunun üzvü olur. Daha sonra o, qrupda reper necə seçilidiyi haqqında fikirlərini bölüşərək belə deyib “Mən ilk dəfə YG gələn vaxtlarda ingilis dilində danışa bilən yeganə insan olduğumu düşünürəm. Biz musiqi üzərində işləyirdik və əlbətdə ki, musiqinin rep hissəsi mütləq olmalıdır. Həmin an mənə “siz sadəcə ingilis dilində sərbəst danışmağa davam edə bilərsiniz” dedilər”.

Rose: “Mən YG-nin Avstraliyada təşkil olunan müsabiqəsinə atamın təkidi ilə qatılmışdım.Düşünürəm ki hər gün mahnı oxumağımdan, dayanmadan rəqs etməyimdən təngə gələn atam, mənim müğənni ola biləcəyim görə bilib. Mən geri qayıda bilərdim amma özümü burada sinamalı idim. Geri dönmək istəsəmdə bu fürsəti dəyərləndirmək lazım idi. Bu sanki öz-özüm ilə müharibə idi”.

Lisa: “Mən isə Yg-nin Taylandda təşkil olunan müsabiqəsində iştirak etməklə Koreya gəlməli oldum. Mən anama kpop aləminin bir hissəsi olmaq istəyirəm dedmişdim”.

Daha sonra Cenni bu sözləri dilə gətirərək belə deyib: “Bizim hamımızın bir arzusu var idi. Bu elədə asan bir şey deyildi. Biz eləmək istədiymiz işi davam etdirməli idik. Mən evə geri dönmək istəmirdim”

Gəlin birlikdə bu maraqlı müsahibəyə baxaq.

TAGS: