//BlackPink qızları “Coachella” festivalında

BlackPink qızları “Coachella” festivalında

 

Aprel ayının 12-də, BlackPink qızları “Coachella” festivalında (Amerikanın Times meydanında yerləşən dünyanın ən iri ekranlarında canlı olaraq izlənməsi mümükün olan, musiqi festivalı) ilk K-Pop qadın qrupu olaraq çıxış edən qrup olaraq tarixə düşdü. Daha əvvəlki məqalələrimizdə bu haqqda geniş məlumat vermişdik. “Coachella” –musiqi dinləyən və izləyənlərə, müxtəlif janrlarda olan musiqiləri (rokdan tutmuş hip-hopa, elektron musiqiyə kimi istənilən növdə) təqdim edir. Qeyd edək ki, 2018-ci ildə təşkil olunan “Coachella” musiqi festivalını 250 000-dən çox insan izləmişdir.

2019-cu ildə təşkil olunan “Coachella” musiqi festivalında, BlackPink qızlarının ilk çıxışı “DDU-DU DDU-DU” mahnısı ilə oldu. Mahnının Koreya dilində olmasına baxmayaraq, insanlar mahnının sədaları altında onu zümzümə etməyi bacarıblar. Daha sonra “Forever Young” mahnısını səsləndirdikdən sonra qızlar, onları izləyən insanlara müraciət edərək belə deyiblər “Gəlin, bu gecə birlikdə əylənək. Gəldiyiniz üçün sizə minnətdarıq. Bu gün arzularımız çin oldu. Biz mahnılarımızı Koreya dilində oxuyacağıq. Xahiş edirəm əgər bizim dilimizi bilirsinizsə, bizimlə birlikdə oxuyun.”

 

Qızlar  “BOOMBAYAH”, “PLAYING WITH FIRE”, “AS IF IT’S YOUR LAST”, “WHISTLE” və (Dua Lipa ilə olan birgə mahnıları) “KISS & MAKE UP” mahnılarını səsləndiriblər. İzləyicilər BlackPink qızlarını dinləyərkən və izləyərkən böyük həzz alıblar.

 

Festivalda “KILL THIS LOVE”, “DON’T KNOW WHAT TO DO”, “KICK IT” və Cenninin solo mahnısı olan “SOLO” da səsləndi.

 

Ümumi olaraq qızların çıxışı 50 dəqiqə davam edib. Bu müddət ərzində onlar, 13 mahnı səsləndirərək, xareoqrafik, sinxron rəqslər nümayiş etdiriblər.

Festivalın sonunda qızlar insanlara müraciət edərək belə deyiblər. Rose- ” İstərdim ki, fikirlərimi sizinlə bölüşüm. Biz, Cn.Koreyadan bura gələndə bizi burada nə gözlədiyindən bixəbər idik. Hamıya məlumdur ki, biz ayrı dünyaların insanlarıyıq. Amma bu gün düşünürəm ki, musiqi bizi birləşdirdi. Bu şouya gəldiyiniz üçün, iştirak etdiyiniz üçün hər birinizə minnətdaram. Siz möhtəşəmsiniz”.

Lisa- “Bu gün mənim üçün o qədər unudulmaz oldu ki, ömrümün sonuna kimi bu anları xatırlayacağam”

 

“Coachella” festivalının aprel ayının 19-dakı çıxışında qızların Ariana Grande, Halid və Zedd ilə birgə çıxışları gözlənilir.

 

TAGS: