//BLACKPINK mart ayının sonunda geri dönüş edəcək

BLACKPINK mart ayının sonunda geri dönüş edəcək

BlackPink mart ayının sonunda geri dönəcək.

Daily Sports-un 17 martdakı xəbərlərinə görə, Yanq Hyon Suk BlackPink-in yeni klip çəkimlərinə başladığını təsdiqlədi. Yanq Hyon Suk ayrıca geri dönüşlə bağlı məlumat verdi ki, fanatlar üçün bir çox yeni mahnılardan ibarət olan mini albomla geri dönəcəklər.

BlackPink bütün bu olanlardan başqa, Amerika çıxışları üçün 4 qitəyə səyahət edəcəklər.Gələn ay isə Coachella-da səhnəyə çıxacaqlar.